Tarix : 2012 Oct 08
Kod 33268

Daha bir inanclı haqda məlumat

Bağırlı Seymur Sahib oğlu barəsində 2 ay həbs qəti imkan tədbiri seçilib
/Aran Agentliyi

Bağırlı Seymur Sahib oğlu barəsində 2 ay həbs qəti imkan tədbiri seçilib

HaqqYolu - Yaxınlarının  verdikləri məlumata görə, Bağırlı Seymur Sahib oğlu dünən Kürdəxanı təcridxanasına göndərilib.

Seymur Bağırlı Ramana sakinidir.

Onun məhkəməsi keçirilib və barəsində istintaq aparılması üçün 2 ay həbs qəti imkan tədbiri seçilib.

Bu barədə Seymur Bağırlının yaxınlarını Nərimanov RPŞ-dən məlumatlandırıblar.

Qeyd edək ki, 5 oktyabrda dindarlar Təhsil Nazirliyinin binası qarşısında 3-cü dəfə olaraq "Hicaba azadlıq!" etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları orta ümumtəhsil müəssisələrində hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə çıxış ediblər.(islamazeri)

  • Yazılıb
  • da (də) 2012 Oct 08