/Aran Agentliyi
Bağırlı Seymur Sahib oğlu barəsində 2 ay həbs qəti imkan tədbiri seçilib
HaqqYolu - Yaxınlarının verdikləri məlumata görə, Bağırlı Seymur Sahib oğlu dünən Kürdəxanı təcridxanasına göndərilib.
Seymur Bağırlı Ramana sakinidir.
Onun məhkəməsi keçirilib və barəsində istintaq aparılması üçün 2 ay həbs qəti imkan tədbiri seçilib.
Bu barədə Seymur Bağırlının yaxınlarını Nərimanov RPŞ-dən məlumatlandırıblar.
Qeyd edək ki, 5 oktyabrda dindarlar Təhsil Nazirliyinin binası qarşısında 3-cü dəfə olaraq "Hicaba azadlıq!" etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları orta ümumtəhsil müəssisələrində hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə çıxış ediblər.(islamazeri)