/Aran Agentliyi
Öncə Məleykə, daha sonara növbə Musurundur
HaqqYolu - 5 oktyabr hicab qadağasına etiraz aksiyası gerçəkləşən andan etibarən bəzi “ağzı göyçək” media nümayəndələri inanclıların bu haqlı etirazlarına bəraət qazandırırlar kimi özlərini göstərmələrinə baxmayaraq yenə də saman altından su yeritmək maşınını işə saldılar.
Biz bu informasiya agentlikıləri və ya qəzetlərin adlarını reklam olmasın deyə çəkməyəcəyik, lakin dərc etdikləri absurd xülyalarına bir cavab verməsək də olmayacaq.
Əvvəlcə bunu qeyd edək ki, adını çəkmədiyimiz bu informasiyaçılar qeyd edrilər ki, dindarların oktyabrın 5-da Təhsil Nazirliyi qarşısında keçirdikləri aksiya xalqın fikrini məlum Gülər Əhmədova olayından yayındırmaq və bu biabrıçı olayı unutdurmaq məqsədi ilə dövlətin təşkil etdiyi aksiya olmuşdur. Buna necə gülməyəsən?
Qeyd etmək lazımdır ki, dindarların hicab qadağasına qarşı etirazları iki ildən artıq bir zaman kəsiyində davam etməkdədir. Gülər Əhmədova olayı isə heç iki həftə deyil ki, gündəmdə aktuallaşıb. Elə isə hörmətli qələm sahibləri öncəki aksiyalar və aksiyada iştirak etdiyinə görə həbsə atılan dindarlar hansı olayın unutdurluması üçün təşkil edilmişdir?
Buna qalsa sizin mətbuata verdiyiniz məlumatları bir başqa analiz edərdim. Bəlkədə sizin bu tip yazılarınız bəzi dairələrin tapşırığı ilə yazılır və dindarların etibarını xalq qarşısında zəiflətmək məqsədi güdür.
Etiraf etmək lazımdır ki, günümüzün Azərbaycan gerçəkliyində ən sədaqətli müxaliflik rolunu hicab müdafiəçiləri aparır. Çünki onların müxaliflik sərgiləmək üçün konkret bir səbəbləri vardı.
AzərbaycanTəhsil Nazirliyi Azərbaycan Konstitusiyası və qanunlarında göstərilən tələblərə zidd olaraq vətəndaş və vicdan azadlığının əksinə daxili qanun tətbiq edib. Buna cavab və etirz olaraq dini kəsimlə yanaşı bir çox vətəndaşlar öz etirazlarını ilk öncə dinc, daha sonar isə nümayişlər konteksində həyata keçirir. Bunu normal olaraq qəbul etmək olar. Lakin nümayişin təfərrütları və keyfiyyəti barədə söz demək səlahiyyətinə malik olmadığımız üçün bu mövzuda susmağı məqsədə uyğun hesab edirik. Qoy bu barədə aksiya iştirakçısları və aksiyaya mane olmağa çalışan, lakin buna nail ola bilməyən hüquq mühafizə orqanları danışsınlar.
Fürsətdən istifadə edib bir mülahizəni xatıladaq ki, Azərbaycan Təhsil sistemi təkcə hicaba qadağa qoyması ilə xalqın nifrətini qazanmamışdır. Sabiq millət vəkili, hal- hazırda rüşvətxorluqda guya ittiham olunaraq, guya barəsində istintaq hərəkətləri aparılan, lakin hansı qanuna istinad edilməsi məlum olmayaraq barəsində həbs qəti imkan tədbiri seçilməyən Gülər Əhmədova barəsində yayımlanan növbəti videorolikdə təhsil sahəsinin nüfuzlu simalarından biri olan Məleykə Abbaszadənin də adı hallanır. Əslində hallandırılır desək daha düzgün sayılar.
Məlumumuzdur ki, Məleykə Abbaszadə Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin rəhbəridir. Lakin sən demə dövlətin xanıma etibar edərək həvalə etdiyi bu nüfuzlu vəzifə ilə yanaşı deputat təyin etmək səlahiyyətləri də varmış ki, bundan millətin xəbəri yoxmuş. Belə bir xəbəri biz Gülər Əhmədova ilə Elşad Abdullayev arasında olan dialoqun video görüntüsündə eşidirik.
Azərbaycan Təhsilini bərbad vəziyyətə salmaqla kifayətlənməyən, daha sonra şagirdlərin geyimini “abırlaşdırmaq” məqsədini əldə əsas tutaraq dini inanclıların əqidələrinin ziddinə olaraq hicabalarının soyunmalarını tələb etməklə aləmi qarışdırmalarının sonu bax belə bitir. Allah bu növ insanıları öz əlləri ilə ifşa edir.
Maraqlısı budur ki, Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılmasına Təhsil Nazir Misir Mərdanovun müsətəsna rolu olsa da Abdullayev Mərdanovla bağlı hazırladığı kompramatları elan etməkdə tələsmir.
Ola bilməz ki, 10 ildən çox bir müddətdə rektorluq fəaliyəti zamanı Təhsil Nazirliyini “görüm-baxım” etməyəsən və lentə köçürməyəsən. Hadisələrdən anlaşılır ki, Abdullayev görüşüb apardığı müzakirələrin hər anını gizli kamera vasitəsi ilə yaddaşa köçürüb və o otaqda təkcə Gülər xanımla görüşməyib. Odur ki, əmin olmaq olar ki, Abdullayev növbəti gedişlərdə daha bir neçə məmurun iç üzünü açacaqdır.
Zəhra/İslamtimes