Tarix : 2012 Oct 08
Kod 33270

Düşmənə qarşı sərt, öz aralarında mehriban!

''Məhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər!''
/Aran Agentliyi

"Məhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər!"

Ölkələrin siyasi-ictimai mübarizələri tarixində daxili vəziyyətə uyğun olaraq hökumətlərin xalqla və müxalifətlə rəftarı, həmçinin müxalif cərəyanların mübarizəyə baxış tərzi fərqli olmuş və dəyişmişdir.

Bəzi ölkələrdə cərəyan və rəhbərlər hökumətlərlə mübarizə aparmaq, özlərinin siyasi və mədəni istəklərini ortaya qoymaq üçün hüquqi mübarizə yolunu, bəzi ölkələrdə radikal mübarizə yolunu, bəzi ölkələrdə isə sivil və dinc küçə etirazlarını seçmiş, nəhayət bəzi cərəyanlar öz məqsədlərinə çatmaq üçün bu üsulların qarışığını öz mübarizə proqramlarına daxil etmişlər.

Bütün mübarizələrdə əsas təyinedici amil mübarizlər arasında və həmçinin mübarizlərlə xalq arasında birliyin olmasıdır. Çünki birlik olmadıqda mübariz qüvvələrin enerjisi və gücü ayrı-ayrı yollara yayınacaq və hakimiyyətin mübarizləri zəiflətmək istəyi həyata keçəcək.

Mübarizənin forması sonrakı prioritetdir; yəni müxtəlif məsələ və tələblərə bağlıdır. Cərəyan rəhbərləri cəmiyyəti, hakimiyyəti və digər mübariz qrupları dəqiq və düzgün şəkildə öyrənib çox sayıqlıqla çalışmalıdırlar ki:

1. Müxtəlif qrupların və xalqın birliyini gücləndirsinlər;

2. Digər cərəyanların hakimiyyətlə rəftarını görərkən bir-biri əleyhinə düşmənçi rəftar və mövqelərdən çəkinsinlər;

3. Yuxarıdakı iki bəndə əməl etməklə hakimiyyətə birləşmiş murdar əllərin mübarizə cərəyanına nüfuz etməsinin qarşısını alıb, nəticədə mübarizə sıralarının parçalanmasına mane olsunlar;

4. Hamısından əhəmiyyətli olan budur ki, mübarizlər hər bir şəxsin və qrupun mübarizənin növünü və üsulunu şəraitə və zehnindəki müqəddəs məqsədlərə dair təhlili və hətta şəxsi xarakterləri əsasında tərif və təyin etdiyini bilsinlər. Odur ki, bütün mübarizə üsulları hamı tərəfindən təsdiqlənməli və dəstəklənməlidir. Məsələn şəhidlik arzusunda olan şəxs hamının onun kimi olmasını, onun kimi mübarizə aparmasını gözləməməli, eləcə də uzunmüddətli və mədəni mübarizəni vacib sayan şəxs şəhidlik arzusunda olan möminləri sual altında qoymamalıdır.

Mən Azərbaycan məsələləri üzrə bir analitik kimi dəyərli olan yumşaq və hüquqi mübarizədən tutmuş sivil etirazlara, şəhidliyə hazır olan müqəddəs radikal mübarizəyə qədər bütün mübarizələri təsdiqləyir (bəllidir ki, bütün vücudu ilə mübarizə aparmağın, Allah üçün və müsəlman Azərbaycan xalqı üçün canı təhlükəyə atmağın daha çox dəyəri və savabı var, lakin mühüm olan hər kəsin bir üsulla apardığı mübarizənin özüdür), bütün dərdli, müsəlman və mücahid əzizlərdən istəyirəm ki, düşməni unutmasınlar, özlərinin bütün enerjilərini düşmən əleyhinə yönəltsinlər.

"Məhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər!"

Doktor Gəncəvi

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 08