Tarix : 2012 Oct 09
Kod 33285

''Xankəndi aeroportunun açılması beynəlxalq hüquq normalarına ziddir''

Fikrət Sadıqov Xankəndi aeroportunun açılmasının Ermənistan-Azərbaycan sülh danışıqlarına təsiri, məsələdə bölgə güclərinin rolu barədə suallara cavab verir
m/Aran Agentliyi

-İşğal altında olan Xankəndi aeroportunun açılması sülh danışıqlarının istiqamətinə təsir edəcəkmi?

-Danışıqlar prosesi faktiki olaraq dondurulmuş vəziyyətdədir. Ermənistanın müxtəlif beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmədiyinə rəğmən Minsk Qrupunun həmsədrləri bu məsələdə Ermənistana kifayət qədər təziq göstərmir.

Odur ki, Xankəndində aeroportun tikilməsi vəziyyəti mövcud olandan daha gərginləşdirə və danışıqlar prasesinə mənfi təsir göstərə bilməz. Sadəcə olaraq söhbət Azərbaycan ərazisindən gedir.

Dünya ictimaiyyəti bizim ərazi bütövlüyümüzü tanıyır. Xankəndi aeroportunun fəaliyyətə başlaması beynəlxalq hüquq normalarına zidd bir addım ola bilər. Təbii ki, Azəribaycan buna adekvat reaksiya verməlidir.

-Azərbaycan Xankəndi aeroportunun acılmasının qarşısını almaq üçün hansı addimları atmaq hüququna malikdir?

-Mən düşünürəm ki, Azərbaycan ilk növbədə diplomatik siyasi səylərini gücləndirməli və bütün beynəlxalq meydançalarda bu məsələni qaldırmalıdır.

İlk növbədə BMT Təhlükəsizlik Şurasının üzvü olan Azəribaycan məsələni bu təşkilatda qaldırmalıdır. Minsk Qrupu həmsədrlərinin qarşısında da məsələ çox ciddi şəkildə qoyulmalıdır.

Təbii ki, Beynəlxalq aviasiya təşkilatına müraciət edərək aeroportun fəaliyyət göstərməsinə qadağa qoyulması tələb edilməli, Ermənistana təzyiqlər göstərilməsinə nail olunmalıdır.

-Son zamanlar Qərbin Azərbaycana Dağlıq Qarabağ məsələsində təzyiqi nə ilə bağlıdır?

-Düşünmürəm ki, Qərb Azəribaycana münaqişə ilə bağlı təzyiq göstərir. Amma reallıq ondan ibarətdir ki, Qərb və Rusiya, o cümlədən Minsk Qrupu həmsədrləri faktiki olaraq münaqişəyə biganəlik nümayiş etdirir və bu mövqe qeyri-stabil bir vəziyyətə gətirə bilər. Qeyri-stabillik isə ilk növbədə onların maraqlarına zidd olacaq. Qərb və Rusiya bunu başa düşməlidirlər. Bölgədə stabillik pozularsa, deməli müxtəlif lahiyələr, neft və qaz sazişləri şübhə altına alına bilər. Buna görə də Ermənistana güclü təzyiq göstərilməsini dəfələrlə xüsusi olaraq qeyd edirik.(islaminsesi)

  • Yazılıb
  • da (də) 2012 Oct 09