Tarix : 2012 Oct 09
Kod 33286

''Hakimiyyət insanların əqidə azadlıqlarını boğur''

Zərdüşt Əlizadə ''Hicaba Azadlıq 3'' aksiyasına münasibət bildirdi
/Aran Agentliyi

Zərdüşt Əlizadə "Hicaba Azadlıq 3" aksiyasına münasibət bildirdi

HaqqYolu - Ötən həftə cəmiyyətdə "Qanlı cümə- Hicab Aksiyası 3" adı altında tanınan aksiya ilə bağlı Ziyalılar Forumunun üzvü, politoloq Zərdüşt Əlizadə öz fikirlərini bölüşüb.

 

- "Hicab Aksiyası" ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bir politoloq kimi sizin fikirləriniz Azərbaycan cəmiyyətinə maraqlıdır.

 

- Ötən gün Azərbaycan İslam Partiyası bəyanat verdi ki, partiyanın bu aksiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu göstərir ki, Azərbaycan cəmiyyətində tanıdığımız İslam strukturlarından başqa hansısa bizdə olmayan strukturlar da var ki, cəmiyyət bundan xəbərsizdir. Bilmirəm, bundan hakimiyyətin xəbəri var, ya yox. Yoxdursa da, xeyli insanın həbs olunmasından sonra yəqinki qeyri-müəyyən təşkilatlanmış struktur haqqında məlumat əldə edəcəklər. Bu söylədiklərim baş vermiş hadisənin zahiri cəhətidir.

 

Mahiyyəti ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti vətəndaşların konstitusion haqlarını pozur, əqidə azadlıqlarını, fikir azadlıqlarını boğur. Hicaba çox səfeh və qanunsuz qadağa qoyulub. Və bu da insanların narazılığına səbəb olub. Bu narazılıq hüquqi müstəvidə öz həllini tapmadıqda küçələrdə tapmağa çalışır. Bu zaman hakimiyyət zorakılığa əl atır və zorakılığa qarşı zorakılıq görür. Əgər hakimiyyətin bu siyasi xətti davam edərsə, mən əminəm ki, bir qədər sonra terrorizmlə qarşılaşacaq. Adətən cəmiyyətdə ədalət və qanun işləməyəndə insanlar əlacsızlıqdan terrora əl atır. (azadxeber)

  • Yazılıb
  • da (də) 2012 Oct 09