Tarix : 2012 Oct 09
Kod 33291

İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü: Azərbaycan dövləti hicabı qadağan etməklə ...

Azərbaycan Respublikası İrandan sonra ölkə əhalisinin şiə olduğu ikinci ölkədir. Hətta, bu ölkənin sovetlər birliyinin tərkibində olduğu zamanda dini respublika kimi tanınırdı
/Aran Agentliyi

Azərbaycan Respublikası İrandan sonra ölkə əhalisinin şiə olduğu ikinci ölkədir. Hətta, bu ölkənin sovetlər birliyinin tərkibində olduğu zamanda dini respublika kimi tanınırdı.

AranNews - “Hicab batini bir məsələdir və insanların zatına, şəxsiyyətinə bağlıdır. Fransa dövləti hicabı ölkədə qadağan etdi. Amma, görəsən, öz məqsədinə çatdımı? Sözsüz ki, bu işdə müvəffəqiyyət qazana bilməz. Çünki müsəlmanların, xüsusilə də müsəlman tələbələrin sərt reaksiyası ilə qarşıladı. Hətta, qeyri-müsəlmanlar da hicabı seçirlər. Ona görə də hicabı nəzarətdə saxlamaq və bu barədə qadağan qanunu tətbiq etmək olmaz”- deyə İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü bildirib.

O əlavə edib: “Azərbaycan təzə müstəqillik qazanmış bir ölkədir və hələ ölkənin işlərini lazımı surətdə ələ ala bilməyib. Ona görə də sionistlər bu ölkəyə nüfuz etmək və öz məqsədlərinə çatmaq üçün bu ölkəni sekular saxlamaq ardıncadırlar”.

O, daha sonra deyib: “Azərbaycan Respublikası İrandan sonra ölkə əhalisinin şiə olduğu ikinci ölkədir. Hətta, bu ölkənin sovetlər birliyinin tərkibində olduğu zamanda dini respublika kimi tanınırdı. “İnsan qadağan edilmiş bir şeyə qarşı hərisdir” prinsipinə əsasən, müsəlman xalqlarının dini və məzhəbi əlaqələrini görməməzliyə vurmaq olmaz. Xüsusilə də bu məsələ zati olduqda. Azərbaycan hicabı qadağan edən qanunun tətbiqi ilə xalqın hicablı olmasının qarşısını ala bilməz”.

İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü sonda deyib: “Mən belə düşünürəm ki, Azərbaycan Respublikasının son hərəkətləri yadların, əsasən də ABŞ-ın hiyləsidir və bununla da bu ölkəni öz nüfuzları altında saxlamağa çalışırlar. Onlar bu proqramın çərçivəsində Azərbaycanı NATO-nun üzvlüyünə qəbul etmək istəyirlər”.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 09