Biz Azərbaycanla yaxşı əlaqələr yaradılmasını istəyirik və etiqadımız budur ki, gərək iki ölkə xalqı arasında yaxşı münasibətlər qurulsun
/Aran Agentliyi
Biz Azərbaycanla yaxşı əlaqələr yaradılmasını istəyirik və etiqadımız budur ki, gərək iki ölkə xalqı arasında yaxşı münasibətlər qurulsun.
AranNews – “Biz Azərbaycanla yaxşı münasibətə meyilliyik və etiqadımız budur ki, gərək iki ölkə xalqı arasında yaxşı münasibətlər qurulsun”. Bu sözləri İslami Şura Məclisinin Rəyasət Heyətinin üzvü deyib. O, həmçinin artırıb: “İslami Şura Məclisinin sədrinin Azərbaycan Respublikasına səfəri çərçivəsində mən də də bu ölkəyə getmişdim. İkitərəfli müzakirələr çöx qaneedici idi. Amma Azərbaycan tərəfinin sonrakı hərəkətləri, xüsusilə də ləyaqətsiz parad keçirməsi ortaya çıxdı və bu ölkə xalqının etirazları nəticəsində ləğv oldu. Həmçinin, dövlətin gözəllik müsabiqəsi çərçivəsində qadınların namünasib formada göstərilməsi xalqın ümumi fikrini dövlətə qarşı dəyişdirdi . Son vaxtlar da qabaqkı mövzuların ardı olaraq Azərbaycan hicab qadağasını bir az da sərtləşdirdi. Halbuki, bu ölkənin müsəlman xalqının şənində deyil. Azərbaycan xalqının müsəlman olmasına diqqət etməklə bu ölkə başçılarından və məsullardan intizarımız budur ki, İslam hökmlərindən, dinin zəruri məsələlərindən boyun qaçırmasınlar və öz müsəlman xalqının istəklərinə hörmətlə yanaşsınlar”
İslami Şura Məclisinin Rəyasət Heyətinin üzvü həmçinin artırıb: “Mənim nəzərimcə, həm Azərbaycan dövləti, həm də bizim ölkəmizin məsulları ötən illər ərzində iki ölkənin yaxınlaşması üçün ciddi səy göstərməyiblər. Əlbəttə, Azərbaycan Respublikasının anti-İslam hərəkətlərinə nəzərə almaqla gərək ilk addım bu ölkə tərəfindən atılsın. Çünki, bu dövlət elə əsaslar yaradıb ki, İran İslam Respublikası ilə anlaşılacaq həddə deyil. Bu mövzulara, əsasən də hicabın qadağasına yenidən baxılmalıdır”.