Azərbaycan İranla qonşu olduğundan sionistlər İslam İnqilabı təfəkkürünün bu ölkəyə təsirindən qorxurlar
/Aran Agentliyi
Azərbaycan İranla qonşu olduğundan sionistlər İslam İnqilabı təfəkkürünün bu ölkəyə təsirindən qorxurlar.
AranNews - İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü Əli Mütəhhəri sionistlərin Azərbaycanda İslam təlimlərinin genişlənməsindən qorxuya düşmələri barədə açıqlama verərək deyib: “Kommunistlrin 70 il müddətində Azərbaycan kimi ölkələri İslamdan ayıra bilmədikləri kimi sionistlər də bunu bacarmayacaqlar. Xüsusilə də şiə ölkəsi olan Azərbaycanı”.
Əli Mütəhhəri vurğulayıb: “Hicabın orta məktəb müəssisələrində qadağan olunması nə domokratiya, nə azadlıq və nə də bu dövlətin iddia etdiyi digər mövzularla uyğun deyil və Azərbaycan xalqı hökumətin anti-İslam hərəkətləri qarşısında möhkəm müqavimət göstərməlidirlər. İnşallah, qalib olarlar”.
Keçən cümə günü Azərbaycanda yüzlərlə müsəlmanın iştirakı ilə Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicab qadağasına etiraz olaraq aksiya keçirildi. Polis qüvvələrinin müdaxiləsi aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranmasına səbəb oldu və bu qarşıdurmada onlarla aksiya iştirakçısı və polis xəsarət aldı.
Pollis, hərbi və Təhlükəsizlik nazirliyinin qüvvələrinin aksiyanın qarşısını almasına baxmayaraq, aksiyaçılar hicab qadağasının ləğv olunmasına qədər öz etirazlarını davam etdirəcəklərini bildiriblər.