Tarix : 2012 Oct 10
Kod 33302

Azərbaycanlı zəvvar İraqda vəfat edib

Zəvvarlar Sura Əsgərovanı Cassan şəhərində dəfn ediblər
/Aran Agentliyi

Zəvvarlar Sura Əsgərovanı Cassan şəhərində dəfn ediblər

HaqqYolu - Ahıl yaşlı azərbaycanlı zəvvar Əsgərova Sura Malik Əhməd qızı İraqın Kərbəla şəhərində vəfat edib. Bu barədə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirliyin məlumatına görə, 75 yaşlı zəvvarın ürək tutmasından öldüyü ehtimal edilir. Onunla birlikdə Kərbəlaya gedən azərbaycanlı zəvvarlar Əsgərovanı Cassan şəhərində dəfn ediblər.

Zəvvarların Kərbəlaya səfərini Azərbaycanda nümayəndəliyi olan İraqın "Əsgər" turizm şirkəti təşkil edib. Trend

  • Yazılıb
  • da (də) 2012 Oct 10