/Aran Agentliyi
"Hazırda ATƏT-in Minsk Qrupunun meyitinin üfunəti hər yerə yayılıb"
HaqqYolu - Rövşən Əhmədli: “Hazırda ATƏT-in Minsk Qrupunun meyitinin üfunəti hər yerə yayılıb. Bunun qarşısını almaq üçün meyiti basdırmaq lazımdır”
“Biz bu cəmiyyətin üzvləriyik. Cəmiyyətimiz hansı xəstəliyə yoluxubsa, biz də həmin xəstəliyi daşımaq məcburiyyətindəyik. Əgər cəmiyyət Allahla barışsa bütün problemlər həll olunar. Qüdsdə canında keçən şəxslər hamısı islam dininə məxsus olan şəxslərdir. Onların heç biri hər hansı millətçilik iddiasında deyillər. Qarabağı da azad etsə, yalnız islam ordusu azad edəcək. ” Bu sözləri Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bu gün Azad Qarabağ Uğrunda Alyansın keçirdiyi tədbirdə çıxış edərkən söyləyib. Rövşən bəy onu qeyd etdi ki, hazırda cəmiyyəti sən dinçisən, türksən və.s kimi faktorlarla hissələrə bölməməliyik: “Millətçilik ideyası insanları bölünməsinə xidmət edir. Bu gün cəmiyyətə hansı mesajların verilməsi haqqında düşünməliyik. İlk öncə cəmiyyətdə Qarabağ təbliğ olunmalıdır. Yeganə ideologiya islamdır ki, insanlar arasında ayrı-seçkiliyə yol vermir. İslam bütün xalqların rifah içində yaşamasının tərəfdarıdır. ”
Qarabağ probleminin xalqımızın şərəf və ləyaqət məsələsi olduğunu bildirən Rövşən bəy, “bizim qarşımıza qoyduğumuz məqsəd bu şərəf və ləyaqəti geri qaytarmaqdan ibarətdir”, - deyə bildirdi: “Münaqişədə həmişə iki tərəf olur. Lakin Azərbaycan münaqişə tərəfi yox, təcavüzə məruz qalan tərəfdir. Dünya birliyi və ATƏT-in Minsk Qrupu isə bizi münaqişə tərəfi kimi göstərməyə çalışır. Münaqişə ilə bağlı Azərbaycan tərəfi qəti bir mövqe nümayiş etdirməlidir. ATƏT-in Minsk Qrupu yaranan gündən meyit idi. Hazırda artıq bu meyitin üfunəti hər yerə yayılıb. Bunun qarşısını almaq üçün meyiti basdırmaq lazımdır. Eyni halda lazım gələrsə müharibə edərik sözü də arxivə göndərilməlidir. Lazım çoxdan gəlib. ”
Sonda ermənilərin Xankəndində istifadəyə vermək istədikləri aeroport məsələsini də münasibət bildirən Rövşən Əhmədli bunları söylədi: “ Aeroport məsələsi bu günün problemi deyil. Xankəndi aeroportu çoxdan tikilib. Əgər vaxtı ilə aeroportun inşasının başladığı bir dövrdə Azərbaycan tərəfi bir beçə mərmi atsaydı, ermənilər bu gün belə bir cürət edə bilməzdilər. Daldan atılan daş həmişə topuğa dəyir.”(faktxeber)