Sabunçu Rayon Məhkəməsinin ictimai fəal, dindar Mehdi Şamillinin həbs müddətini uzatmasından apellyasiya şikayəti verilib
/Aran Agentliyi
Sabunçu Rayon Məhkəməsinin ictimai fəal, dindar Mehdi Şamillinin həbs müddətini uzatmasından apellyasiya şikayəti verilib
HaqqYolu - Sabunçu Rayon Məhkəməsinin ictimai fəal, dindar Mehdi Şamillinin həbs müddətini uzatmasından apellyasiya şikayəti verilib. Vəkil Cavad Cavadlı oktyabrın 10-da “Media forum” saytına deyib ki, apellyasiya şikayəti qəbul olunub və gələn həftə məhkəmənin keçirilməsi gözlənilir.
Hacı Mehdi Şamilli avqustun 6-də şərlənərək Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Mehdi Şamillinin üstündən 6,69 qram marixuana çıxdığı iddia olunur.
Oktyabrın 6-da Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillinin həbsini 2 ay müddətinə uzadıb.