/Aran Agentliyi
Türkiyə hücum etsə, Suriya özünü müdafiə etməyə hazırdır
HaqqYolu - Bunu Suriya Xarici İşlər Nazirliyinin rəsmi sözcüsü Cihad Makdisi bildirib.
Ermənistanın "Van" radiostansiyasına açıqlama verən XİN rəsmisi Suriyanın Türkiyə ilə hərbi münaqişəyə başlamaq istəmədiklərini bildirib.
Faruk əl Şaranın başçılığı altında müvəqqəti hökumət qurulmasına dair Ankaranın təklifini də dəyərləndirən C.Makdusi bildirib ki, Suriyanı kimin idarə edəcəyinə yalnız Suriya xalqı qərar verə bilər.(salamnews)