Tarix : 2012 Oct 10
Kod 33312

Valideynlərin məktəb üsyanı

Oktyabrın 8-də Bakının Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbin fəaliyyətini dayandırılıb
/Aran Agentliyi

Oktyabrın 8-də Bakının Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbin fəaliyyətini dayandırılıb

HaqqYolu -  Buna səbəb kimi məktəb binasının altından irihəcmli neft və qaz borusunun keçməsi göstərilib. Təhsil ocağının bağlanmasına etiraz əlaməti olaraq burada dərs alan şagirdlər və onların valideynləri bu gün aksiya keçiriblər. Aksiyaçılar məktəbin yerləşdiyi binanın qarşısında toplaşıblar vədaha sonra Zabrat yolunu bağlamağa cəhd göstəriblər.

 

Valideynlərin məktəb üsyanı

Bu barədə hadisə yerində olan müxbirimiz Emil Salamoğlunun verdiyi xəbərə görə,əraziyə polis qüvvələri cəlb olunub. Onlar aksiyanın qarşısını alıblar. Müxbirimiz deyir ki, aksiyada sayca narazılardan çox, polislərə rast gəlmək olardı: “Valideynlər məktəbin açılmasını tələb etdilər. Onlar övladlarının Balaxanı kəndində yerləşən liseyə getmək istəmədiklərini bəyan elədilər. Dedilər ki, bu vaxta qədər neft borusu üstündə yerləşən məktəbi bağlamaq heç kimin yadına düşməyib, indi şagirdlərin qeydinə qalırlar. Onlar uşaqlarının 311 saylıməktəbdə təhsil almasından şikayətlənmədilər. Yolu bağlamağa çalışan etirazçıları polis ərazidən uzaqlaşdırmağa çalışdı. Daha sonra polisşikayətçiləri bir-bir dinləyib onların problemlərini müvafiq orqanlara çatdıracaqlarını söylədilər”.

 

 Valideynlərin məktəb üsyanı

Xatırladaq ki, təhsil naziri Misir Mərdanov məktəbin bağlanmasıbarədə əmr imzalayıb. Nazir deyib: “FHN mütəxəsislərinin məktəbə baxışdan sonra hansı qərarı verəcəyini gözləmək lazımdır. Məktəb binasının sökülüb-sökülməyəcəyi FHN-nin mütəxəsislərinin rəyindən asılı olacaq. Hazırda biz həmin məktəbin müəllim və şagird heyətini digər məktəblərə köçürmüşük”.

Musavat

  • Yazılıb
  • da (də) 2012 Oct 10