İclasda çıxış edən alyans üzvləri Qarabağın azadlığının yalnız müharibə yolu ilə mümkün olduğunu bildirdilər
/Aran Agentliyi
İclasda çıxış edən alyans üzvləri Qarabağın azadlığının yalnız müharibə yolu ilə mümkün olduğunu bildirdilər
HaqqYolu - Bu gün Azad Qarabağ Uğrunda Alyansın Ali Şurasının iclası keçirilib. İclas Ümid Partiyasının baş qərargahında baş tutub. İclasda quruma üzv olan təşkilat sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası, dövlət və vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut ilə açıq elan olundu. İclasda çıxış edən alyans üzvləri Qarabağın azadlığının yalnız müharibə yolu ilə mümkün olduğunu bildirdilər. Tədbir təşkilat sədrlərinin və ictimaiyyət nümayəndələrinin çıxışları davam edib.
Qeyd edək ki, Azad Qarabağ Uğrunda Alyansda hazırda 11 ictimai birlik təmsil olunur. Heç bir siyasi partiya bu qurumun üzvü deyil. Qurum rəsmiləri bunu alyansın ictimai hərəkat olması ilə əlaqələndirir. Alyansa üzvü olan təşkilatlar ölkənin müxtəlif regionlarında fəaliyyət göstərirlər.(faktxeber)