/Aran Agentliyi
“Biz təbii ki, 20-ci sahəyə getməyəcəyik”
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı BŞİH-nin onlara 20-ci sahədə yürüş keçirməsinə razılıq verməsinə münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurası bundan sonra müzakirələr aparacaq: “İP bildimişdi ki, hakimiyyət onların istədiyi məkanda yürüş keçirməyə imkan verməsə, bundan sonra yığışaraq razılaşdırılmamış şəkildə yürüşün vaxtını və gününü dəqiqləşdirəcək”.
Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.
islamazeri.az