/Aran Agentliyi
Allah qəbul etsin qardaşlarım.
Bakının Nizami küçəsində fəsada yox deyən 3 gənc Bakını İlahi nurnan nurlandırır.
Azərbaycan müsəlman məmləkətidir unutmayın. Bu sizin xoşunuza gəlsə də belədir, gəlməsə də. Tarix boyu Azan sədaları Bakının xoş səsi olub. Bizim uşaqlıq xatirələrimizdə belə Azan səsi yer alır.
Hakimiyyətlər dəyişsədə, Sionistlər, Amerikanlar, Ruslar, bir sözlə hər kim hakimiyyətə gəlsə belə Azərbaycanı İslamdan ayıra bilməz. Azərbaycan İslam aləminin ayrılmaz parçasıdır. Azərbaycan xalqının qanı müsəlman qanıdır.
Bu xalqın hicabını, azanını, məscidini, məhərrəmliyini əlindən almaq üçün xalqı məhv etməli yaxud da süni yollarla geni dəyişməlisən. Buna isə Allah icazə verməz. İslam Azərbaycanındı, Azərbaycanda İslamın.
Tural Əli
İslamazeri.az-ın redaktoru
islamazeri.az