Tarix : 2012 Oct 10
Kod 33318

Qərəzli dairələr Anar Bayramlının azadlığına maneçilik yaradırlar

Rəsmi Tehranla rəsmi Bakı arasındakı əlaqələrdə yaranan müsbət dəyişikliklərdən nigaran qalan İranla Azərbaycan Respublikasının dostcasına münasibətlərinə qarşı dairələr...
/Aran Agentliyi

Rəsmi Tehranla rəsmi Bakı arasındakı əlaqələrdə yaranan müsbət dəyişikliklərdən nigaran qalan İranla Azərbaycan Respublikasının dostcasına münasibətlərinə qarşı dairələr, İran İslam Respublikası Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlının sərbəst buraxılmasının qarşısını almaq uğrunda maneçiliklər yaradırlar.

Anar Bayramlının həbsinin siyasi və sifariş xarakterli olması haqda onlarla insan haqları və ölkə daxili müəssisə və təşkilatın elan və bəyanatlar yaydığı, habelə son vaxtlar İranın Azərbaycan Respublikası haqdakı dost və qardaşcasına addımlarının həyata keçirildiyi bir halda, ümumi fikrin Anar Bayramlının dərhal azad edilməsi barədəki gözləntilərinin artmasına rəğmən, qərəzli dairələr, bu haqda maneçiliklər törədirlər.

Mediaforum Xəbər Agentliyi bir xəbər qondarmada Anar Bayramlının qardaşı Yaşar Bayramlıya istinadən iddia edib ki, Anar hələ həbs müddətinin azaldılması uğrunda istək təqdim haqda bir qərar çıxarmayıbdır.

Bu elə bir haldadır ki, Anar Bayramlının özünün həbs müddətinin yarısını arxada qoymasına əsasən, hüquqi baxımdan onun istək irəli sürməsinə ehtiyac yoxdur və bu mövzunun ortaya atılması, qərəzli dairələrin bəhanələr ardınca olmasının nişanəsidir.

Məlumatlı müşahidəçilər belə inanırlar ki, İranla Azərbaycan Respublikası arasındakı dostcasına əlaqələrlə müxalif olanlar, Azərbaycan Respublikası Hakimiyyətinin daxilindəki nüfuzlarından sui-istifadə edib, Anar Bayramlının azad edilməsinin qarşısını almaqla, İranla Azərbaycan Respublikası əlaqələrində yaranan müsbət vəziyyətə zərbə vurmağa can atırlar. Bu elə bir haldadır ki, Azərbaycan Respublikası rəsmiləri, öz mövqelərini bildirdikləri zaman, İranla əlaqələrin yaxşılaşdırılması üçün ciddi iradəyə malik olduqlarını iddia edirlər.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Oct 10