Azərbaycan Milli İstiqlal partiyası sədrinin müavini Elşən Mustafayev Təhsil Nazirliyi qarşısında aksiyaçılarla polis qüvvələri arasında baş verən qarşıdurmadan ...
/Aran Agentliyi
Bakı Xəbər qəzeti bir məqalədə Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısındakı hicaba azadlıq aksiyasının keçirilməsinə toxunaraq Azərbaycanın siyasi partiya rəsmilərinin baxışına əsasən bu məsələni araşdırıb: Azərbaycan Milli İstiqlal partiyası sədrinin müavini Elşən Mustafayev Təhsil Nazirliyi qarşısında aksiyaçılarla polis qüvvələri arasında baş verən qarşıdurmadan nigaranlığını bildirərək deyib ki, bu aksiyada toqquşmanın yaranması səbəbləri araşdırılmalıdır.
Təhsil Nazirliyi qarşısında bir neçə hicaba azadlıq aksiyasının keçirildiyinə toxunan Mustafayev deyib: Bu, tərəflər arasında ciddi toqquşma ilə nəticələnin ilk hadisədir. Nəticədə iki tərəfdən bir neçə nəfər yaralandı.
Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan da polisi bu aksiyada toqquşmanın yaranmasının əsas müqəssiri hesab edib və deyib: bütün vətəndaşlar sərbəst aksiya keçirmək hüququna malikdirlər.
Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Asif Quliyev də ölkədə dinc aksiyanın keçirilməsi üçün icazənin verilməməsində hökuməti ittiham edərək deyib: Hökumət dinc aksiyanın keçirilməsi üçün münasib şərait yaratmalıdır. Bəzən qeyri-qanuni hərəkətlər partlayışa səbəb olur.
Quliyev habelə aksiya keçirənləri dəstəkləyərək həbs olunanların hamısının azad edilməsini istəyib.
Bu məlumata əsasən Bakıda ötən cümə günü keçirilən hicaba azadlıq aksiyasında həbs olunanlardan 32 nəfər üçün cinayət işi açılıb.