Tarix : 2012 Oct 10
Kod 33320

Böyük Rəhbər: Sanksiyalar İran xalqının başıucalığıdır

İslam İnqilabının Böyük Rəhbəri qərbin İrana qarşı sanksiyalarının əsas səbəbini İran xalqının başıucalığı və müstəqillik ruhu adlandırıblar
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri qərbin İrana qarşı sanksiyalarının əsas səbəbini İran xalqının başıucalığı və müstəqillik ruhu adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü Şimali Xorasan ostanının əhalisi qarşısında etdikləri çıxışları zamanı sanksiyaların yeni bir məsələ olmadığına və ötən 33 ildə davamlı olaraq var olduğuna işarə edərək deyiblər: Amerika və Avropa sanksiyaları İranın nüvə fəaliyyətləri ilə əlaqələndirməyə çalışırlar. Amma onlar yalan deyirlər. Çünki sanksiyalar hələ nüvə fəaliyyətlərinin mövcud olmadığı zamana qayıdır.

İslam İnqilabının Böyük Rəhbəri sanksiyaları qeyri-məntiqi və düşmənçilik üzündən adlandırıb və deyiblər: Sanksiya edənlərin nüvə fəaliyyətlərinin dayandırılacağı halda sanksiyaların da dayandırılacağını iddia etmələri ağ yalandır.

 “Qərbliləri əsəbiləşdirən məsələ İran xalqının müqaviməti, başıucalığı və istiqlaliyyət ruhiyyəsinin olmasıdır. Belə ki, bu, islam və Quran-Kərimin bərəkəti ilə əldə olunub. Elə buna görə də islama qarşıdırlar və əziz İslam Peyğəmbərinin şəxsiyyətini təhqir edirlər. Onlar bilirlər ki, islam bir xalqın içərisinə daxil olarsa, o xalq müstəqillik ruhiyyəsi tapır və zor-güc altına getmir” –deyə Böyük Rəhbər bildiriblər.

İranda bəzi iqtisadi problemlərin yaranmasından qərblilərin sevinclərini açıqlamalarına toxunan Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Onlar diplomatik prinsiplərə riayət etmədən İranda iqtisadi problemlərdən sevindiklərini bildirirlər. Halbuki ötən bir ildə müxtəlif Avropa ölkələri hər gün xalqların aksiyalarının şahididir və onların problemləri daha da mürəkkəbdir. Çünki qərb iqtisadiyyatı məhvə doğru gedir.

Böyük Rəhbər qeyd ediblər: İran İslam Respublikası xalq və rəsmilərin sayıqlığı ilə problemlərdən keçirlər və region tarixini dəyişdirdiyi kimi dünyanın tarixi hərəkəti yolunu da dəyişdirə bilər.

İranla düşmənçilikdə Amerikalı ilə birlikdə Avropanın hərəkət etməsini məntiqli hesab etməyən Böyük Rəhbər İran xalqının bəzi Avropa ölkələrindən pis xatirəsi olmadığını bildirərək deyiblər: Onlar ABŞ-la birlikdə olmaqda axmaqlıqla özlərini bu ölkənin önündə ölən və İran xalqına mənfur edirlər.

Həzrət Ayətullahül-üzma Xamenei islamın inkişafla əlaqədar tərifinin qərbin maddi sivilizasiya məntiqi ilə fərqləndiyini bildirərək söyləyiblər: Qərb məntiqi inkişafı tək cəhətli və maddi cəhətli görür. Bu da var-dövlət, hərbi və texnologiyada inkişafdan ibarətdir.

İslam İnqilabının Böyük Rəhbəri inkişafla əlaqədar islamın tərifini açıqlayaraq deyiblər: İslam məntiqində inkişaf çoxlu cəhətlərə malikdir və elm, əxlaq, ədalət, ümumi rifah, iqtisadiyyat, beynəlxalq iqtidar və siyasi müstəqilliyə şamil olur. Eyni halda Allah-taalaya ibadət və yaxınlaşmaq  da islamda inkişafın tərkibindədir.

İslam İnqilabının Böyük Rəhbəri qeyd ediblər: Həm dünya və həm axirəti diqqət mərkəzində saxlamaq İranın İslam İnqilabında yekun məqsəd olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Oct 10