/Aran Agentliyi
Bu təşkilat dəfələrlə belə hesabat hazırlayıb
Beynəlxalq İnsan haqları Təşkilatı Azərbaycandakı insan haqları və söz azadlığı ilə bağlı hesabat hazırlayıb.
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda təşkilatın www.article19.org rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, hesabatda ölkədəki söz azadlığı və insan haqlarının vəziyyəti tənqid edilmişdir.
Hesabatda ARTICLE 19 Azərbaycan hökümətinə söz azadlığı və insan haqları ilə bağlı tövsiyyələr verib.
Tövsiyyələrindən biri də , jurnalistlərlə bağlıdır.
Həbsdə olan aşağıdakı jurnalistlər və siyasi dustaqlar azad edilsin:
Nicat Əliyev (Azadxeber saytı)
Araz Quliyev (Xeber 44 saytı)
Fərəməz Novruzoğlu
Əvəz Zeynallı (Xural qəzeti)
Anar Bayramlı (Səhər TV)
Hilal Məmmədov (Talışo Sədo)
Aydın Caniyev
Mehman Huseynov
Şahin Həsənli
Zaur Qurbanlı
Vüqar Qonağov
İlham Əmiraslanov
Oqtay Güləliyev.
Xeber44.Com