Tarix : 2012 Oct 11
Kod 33333

Hicablı şagirdi məktəb müdiri döydürtdü

8-ci sinif şagirdi Sedanur Ağsu məktəb müdirinin təlimatıyla bəzi şagirdlər tərəfindən döyülüb
m/Aran Agentliyi

Türkiyə Qaziantəp Türktəpə İbtidai təhsil məktəbində hicablı olduğu səbəbiylə məktəb müdiri tərəfindən təhdid və təhqirlərə məruz qalan şagirdi, son olaraq məktəb müdirinin təlimatıyla döyüblər.
Müdir Orxan Usta, "Bu insanlar, məni və məktəbimizi çətin vəziyyətə salır, Suriyadan gəlmiş, bunu döyün bir daha bu məktəbə gəlməsin" təlimatını verib və şagirdin valideyinə "Yaxşı etmişəm" deyib.
Yaşları 13-14 arasında olan 10-15 oğlanın hücumuna məruz qaldığını söyləyən hicablı şagird Sedanur Ağsu, "Çanta və ayaqqabılarıyla məni döyən şagirdlər "Bu məktəbdən get, müdir səni burda istəmir, məktəbimizin adını pisə çıxartma, səni qorxudaq bir daha bu məktəbə gəlmə. Müdir səni bu məktəbdə görmək istəmir`" dedilər.
Valideyinin çağırışıyla hadisə yerinə gələn asayiş polis qrupları, məktəb müdirinin təlimatıyla şiddətə məruz qalan Sedanur Ağsunu xəstəxanaya aparıblar.(Xebername.az)

  • Yazılıb
  • da (də) 2012 Oct 11