Tarix : 2012 Oct 12
Kod 33343

Cəlilabadlı ruhaninin məhkəməsi keçirilib

Oktyabrın 12-də Cəlilabad Rayon Məhkəməsində ruhani İlqar Əliyevin mühakimə prosesi keçirilib
/Aran Agentliyi

Oktyabrın 12-də Cəlilabad Rayon Məhkəməsində ruhani İlqar Əliyevin mühakimə prosesi keçirilib

HaqqYolu -  Vəkil Tağı İbrahimov bildirib ki, prosesdə ruhanini saxlayan polis əməkdaşlarının ziddiyyətli ifadələrinə aydınlıq gətirilib.

Vəkil hal şahidi ilə bağlı vəsatət qaldırdığını əlavə edib: “İlqar Əliyev həbs olunan zaman əməliyyatda iştirak edən Asif adlı polis əməkdaşı hal şahidi olmaq üçün kənardan Ramil adlı şəxsi gətirib. Amma qanunvericiliyə görə, polis əməkdaşı hal şahidliyi etmək üçün hadisə zamanı ətrafda olan adamlardan birini seçməlidir. Yəni polis hal şahidlərinin seçilməsində maraqlı olmamalıdır. Biz vəsatət qaldırdıq ki, həmin şəxslər məhkəməyə gətirilsin və hakim bunu təmin etdi”.

Tağı İbrahimov onu da qeyd edib ki, hakim Əliəjdər Ələkbərov İlqar Əliyevin həbs olunması zamanı keçirilən əməliyyatda iştirak edən, amma hazırda polis sıralarından uzaqlaşdırılan Oqtay Rəhimovun məhkəməyə məcburi gətirdilməsi ilə bağlı qərar çıxarıb.

Proses oktyabrın 17-də davam edəcək

mediaforum 

  • Yazılıb
  • da (də) 2012 Oct 12