Tarix : 2012 Oct 12
Kod 33344

Nəsrullah: ''İsrail rejiminin ürəyinə kəşfiyyat təyyarəsini biz göndərdik''

Hizbullah İsrailə kəşfiyyat təyyarəsinin özlərinin göndərdiyini açıqlayıb
/Aran Agentliyi

HaqqYolu - Türk mətbuatının verdiyi xəbərə əsasən, Hizbullahın Baş Katibi Seyyid Həsən Nəsrullahın mediaya verdiyi açıqlamada, Hizbullah tərəfindən İsrailə göndərildiyi irəli sürülən və yarım saatlıq kəşfiyyat uçuşundan sonra İsrail tərəfindən vurularaq salınan pilotsuz təyyarə barədə danışdı.

Hizbullah İsrailə kəşfiyyat təyyarəsinin özlərinin göndərdiyini açıqlayıb. Təyyarənin İran istehsalı olduğu amma Hizbullah mühəndisləri tərəfindən təkmilləşdirildiyi bildirilib.

Seyyid Həsən Nəsrullahdan açıqlama, İsrailin Baş naziri Binyamin Natanyahunun "Bu həftə bir Hizbullah cəhdinə havada maneə törətdik" deyərək hadisədə Hizbullahın barmağı olduğunu bildirdikdən sonra gəldi.

Seyid Həsən Nəsrullah şərhinin davamında İsrail rejiminin qəlbinə sancdığımız bu əməliyyata, Şəhid Hüseyn Eyyub adını verdik: “Səbri ilə tanınan Peyğəmbərimiz Hz. Eyyub (s) və şəhidimiz Hüseyn Eyyubun şücaəti, bu pilotsuz təyyarəyə də "Eyyub" adını verdik. Xalqını müdafiə etmək üçün bütün imkanlarını inkişaf etdirən mücahid qardaşlarımı təbrik edirəm.

Həsən Nəsrullah, İran istehsalı olan təyyarənin İsrailin Dimona nüvə reaktoru yaxınlığında düşdüyünü vurğuladı.

Nəsrullah: “Bu ana qədər Suriyaya döyüşçü göndərməmişik”.

Seyid Həsən Nəsrullah, Bəşər Əsədə dəstək vermək üçün bu ölkəyə döyüşçü göndərdikləri iddiasını təkzib etdi: "İndiyə qədər bunu etmədik amma gələcəkdə nə olacağını deyə bilmərəm."

islaminsesi

  • Yazılıb
  • da (də) 2012 Oct 12