Tarix : 2012 Oct 12
Kod 33347

Rüstəm Tofiq (İslamçılar Şer Fetivalı)

Ey cahan əhli eşitməzsən könül fəryadını
/Aran Agentliyi

Ey cahan əhli eşitməzsən könül fəryadını

Zalımın görməzmi oldun zülmü-istibdadını

Anlamazsan əhli-islamın dili naşadını

Xaneyi zülmün bizimçün qoydular bünyanını.

Gündə bir zalım gəlir, o xaniyə bir daş qoyur

Hər daşa da bir müsəlman can verir, ya baş qoyur.

Ey müsəlmanlar, nə müddətdir ki, məzlum olmuşuq

Çox hüquqdan əsirlərdir belə məhrum olmuşuq.

Sanma, bismillahilər biz cümlə məsum olmuşuq

Biz ki, daim ixtilaflar ilə məlum olmuşuq

Harda rast olduqca, saldıq ixtilafi məzhəbi

Bilmədik ki, hamı üçün birdir şəhadət məktəbi.

Ey müsəlmanlar, bu gün vəhdət şüar olsun gərək

Qoç igidlər cümləsi birdən səvar olsun gərək.

Bir-biri çün cümlə İslam əhli yar olsun gərək

Sinəmiz tiri ov üçün, çün hisar olsun gərək.

Yağılar üçün bu geniş dünyanı gəl dar eyliyək

Ta gələr Sahib Zaman bir iddəni xar eyliyək.

Ey müsəlmanlar, bilin ki, intiqam istər könül

Zülmü-istibdadi bu dünyada ram istər könül.

İnqilab istər könül, axır qiyam istər könül

Ya şəhadət şərbətindən dolu cam istər könül.

Biz dəbistani Hüseynik, Kərbala heyranıyıq

Kim deməz "Allahu Əkbər" biz onun düşməniyik.

Gəlməmişdən "kaf" və "nun" dünyada İslam varidi

Zərrələr təslim olurkən, cümləsi dindaridi.

Müslim idi həzrət Adəm, itaətkaridi

Çünki təslim olmuş idi, Nuh, Allah yarı idi

O səbəbdən həm Xəlil üçün narı gülüstan eylədi

Gör bizi Allah nə cür bir dinə dindar eylədi.

Ey Xuda, mislimlər yurdunda dustar eylədi

Şir bədənlərdən kəsib, başları topraq eylədi.

Zülmkarlar, leşkər üçün ədli bayraq eylədi

Xaneyi zülmün binasın bəndi noraq eylədi.

Gör necə məhv eylədi iranlının bünyadını

Dur, qiyam et, sən də gəl qoy inqilabın dadını.

Bir məkan ətrafına diqqətlər cəm oldu bu gün

Gördülər İslamın əzmin, kəl dövlətlər bu gün.

Hər müsəlman əsgəri verdikcə ibrətlər bu gün

Gördü haqqın qüdrətin, şeytan hökumətlər bu gün.

Qanilə haqq etdi topraqda şəhidlər bir səhər

Yazdı "innəd-dinə indəllahil-İslam" ey bəşər.

Dövrünün vahid imamı küfrilə cəng eylədi

Haqq xəlq etmiş məkanı küfr üçün təng eylədi.

Çatdı vəhdət nöqtəsində ruhu birəng eylədi

Gəldi xəlq ilə Xuda elmin həmahəng eylədi.

Gəl onun vəchi dirəxşanında nurullahı gör

Hikməti xəlq üçün seçilmiiş şahı gör.

Gör necə sədparə qıldı pərdəsin zülmətlərin

Etdi isbat, azad olmaq haqqı var hər millətin.

Xaliq ola mütləq gərək, tək sahibi sərvətlərin

Heyrəti mütləq gərək, İran üçün dövlətlərin.

Zülmü tərif etmə İslam İnqilabından danış

Zülmə qarşı dini İslamın cəmalından danış.

Yellər əssin, qoy yayılsın, çün sözüm hər yandır

Bilsin aləm, afərinim milləti-İrandir.

Həmxitabım, ey müsəlmanlar Azərbaycandır

Həm Fələstin, həm İraq, həm Əfqandır.

Bil, bizim üçün bizdən ayrı kimsə dərman eyləməz

Etməsək biz, bizləri bir kimsə xəndan eyləməz.

Ey müsəlmanlar durun ki, dərdə dərman vaxtıdır

Zülmü-istibdada qarşı cəng-üsyan vaxtıdır.

Rüstəma, tutum qələmdən, xəncəri də yad elə

Keyli-mülkündən səvay meydan da da gəl ad elə.

  • Yazılıb
  • da (də) 2012 Oct 12