Tarix : 2012 Oct 12
Kod 33348

“Mən Siyavuş Novruzovla tamamilə razıyam”

Zərdüşt Əlizadə: “Hamıda bilir ki, bizim şanlı, şöhrətli, qeyrətli və namuslu müxalifətimiz hakimiyyətə gəlsələr onlar da xalqın pullarını oğurlayacaq”
/Aran Agentliyi

Zərdüşt Əlizadə: “Hamıda bilir ki, bizim şanlı, şöhrətli, qeyrətli və namuslu müxalifətimiz hakimiyyətə gəlsələr onlar da xalqın pullarını oğurlayacaq”

HaqqYolu - “Mən Siyavuş Novruzovla tamamilə razıyam. Siyavuş bəy çox gözəl bilir ki, Azərbaycan hakimiyyətindəkilər hamısı korrupsiya çirkabına bulaşıblar. Gülər xanım ağzını açaraq faktları desə xalqın buna qarşı münasibəti çox biganə olacaq. Onsuzda hamı bilir ki, deputat mandatları satılır. Bunu Gülər Əhmədova deməsəydi, guya bilən yox idi.” Bu sözləri FaktXeber.com-a tanınmış politoloq Zərdüşt Əlizadə Gülər Əhmədovanın YAP rəsmilərinə dediyi “mənim ağzımı açdırmasınlar, peşman olarlar” təhdidinə münasibət bildirərkən söyləyib. Burada hər hansı bir bir fövqalədə hadisənin baş vermədiyini bildirən politoloq, “jurnalistlərin araşdırma aparması nəticəsində məlum oldu ki, ölkədə hakim zümrə tərəfindən milyard dollarlarla pul ölkədən çıxarılıb. Eyni halda bu gün məlumat yayılıb ki, hakim ailənin Çexiyada biznesi var. Bu qədər məlumatların olmasına baxmayaraq cəmiyyətdə hər hansı bir tərpəniş yoxdur. Yəni hamı bilir ki, vəzifədə oturanların hamısı xalqın pullarını oğurlayır” , - deyə bildirdi: “Hamı da bilir ki, bizim şanlı, şöhrətli, qeyrətli və namuslu müxalifətimiz hakimiyyətə gəlsələr onlar da xalqın pullarını oğurlayacaq. Ona görə də müxalifətin mitinqlərini heç kəs dəstəkləmir.”

Zərdüşt bəy onu da qeyd etdi ki, cəmiyyətin passivləşməsi bütün postsovet və Avropa ölkələrində müşahidə edilir: “İnsanların dövlətlərə inamı tamamilə sarsılıb. Bu tam şəkildə belə deyil. Belə ki, bəzi dövlətlərdə demokratik mexanizmlər işləyir. Lakin əksər ölkələrdə demokratiya artıq iflasa uğrayıb. Söhbət demokratiyanın özündən getmir. Demokratiyanın xalqa sırınan modeli tamamilə iflasa uğrayıb. İnsanlar əllərini hər şeydən üzüblər. Nə kommunizmə, nə sosializmə, nə kapitalizmə və nə də ki demokratiyaya inam qalıb. “

 

  • Yazılıb
  • da (də) 2012 Oct 12