Hicab aksiyası günü gecə saatlarında evindən zorakılıqla aparılan dindar Nəsimi Quliyev haqqında yeni məlumat əldə etmişik
/Aran Agentliyi
Hicab aksiyası günü gecə saatlarında evindən zorakılıqla aparılan dindar Nəsimi Quliyev haqqında yeni məlumat əldə etmişik
Yaxınlarının İslamazeri.az-a verdiyi məlumata görə Nəsimi Quiyev c.m-nin 234.1-ci maddəsi ilə itiham olunur. Onun üzərindən polis idarəsində narkotik tapılıb.
Qeyd edək ki, Nəsimi Quliyev 5 oktyabrda təşkil olunan aksiyada iştirak etməyib. Amma həbs olunan dindarların aqibəti ilə maraqlanmaq üçün Nərimanov rayonu polis idarəsinin qarşısına gəlib. Ondan sonra gecə saat 1 radələrində evdə yatdığı halda 5-6 nəfər mülki geyimli şəxs onun yaşadığı ünvana basqın edib. Yanğın var qapını açın bəhanəsi ilə evə daxil olan mülki geyimlilər Nəsimi Quliyevi elə yataq paltarında sürüyərək aparıb.
Xeber44.Com