Tarix : 2012 Oct 12
Kod 33350

Azərbaycan dünyada ən çox satılan tankın alıcısıdır

2011-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin də bir neçə ədəd T-90C tankları aldığı qeyd olunur
/Aran Agentliyi

2011-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin də bir neçə ədəd T-90C tankları aldığı qeyd olunur

Azərbaycan dünyada ən çox satılan Rusiya tankının əsas alıcıları sırasındadır.Bu barədə hərbi maşınlar istehsal edən “Uralvaqonzavod” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2001-2010-cu illər ərzində T-90C dünyada ən çox satılan tank olub. Hərbi maşının ən böyük alıcısının isə Hindistan olduğu bildirilir. Hindistan bu tankların alınması ilə bağlı ilk dəfə olaraq 1999-cu ildə Rusiya ilə saziş bağlayıb. Hazırda bu ölkə T-90C tanklarının sayını iki minə çatdırmaq niyyətindədir.

2011-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin də bir neçə ədəd T-90C tankları aldığı qeyd olunur. Sazişin təfərrüatları barədə isə əlavə heç bir məlumat verilmir.

Bundan başqa, Əlcəzair də Rusiya istehsalı olan bu tankların əsas alıcısı kimi göstərilir. Bu ölkənin ötən il T-90C tanklarının sayını 120-yə çatdırdığı deyilir. Türkmənistan ötən il bu sayı 40-a, Uqanda isə 31-ə çatdırıb.

qafqazinfo.az

  • Yazılıb
  • da (də) 2012 Oct 12