Tarix : 2012 Oct 12
Kod 33353

İranın Bakıdakı səfirinin SƏHƏR kanalına eksklüziv müsahibəsi

İran İslam Respublikasının Bakıdakı yeni səfiri Möhsün Pakayin Səhər Telekanalının siyasi fəaliyyətlərinin qadağan edilməsi haqda ona nisbət verilən sözləri təkzib etdi
/Aran Agentliyi

İran İslam Respublikasının Bakıdakı yeni səfiri Möhsün Pakayin Səhər Telekanalının siyasi fəaliyyətlərinin qadağan edilməsi haqda ona nisbət verilən sözləri təkzib etdi. Səfir missyasını başlamazdan öncə Tehranda Səhər Beynəlxalq Telekanalı ilə müsahibəsi oldu.

Müsahibəni təfərruatı ilə təqdim edirik:

 

- Cənab Möhsün Pakayin siz İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri kimi öz səlahiyyətlərinizin başlanğıcında münasibətlərin başlanması üçün hansı proqramlarınız olacaq və İran xalqı tərəfindən qardaş Azərbaycan Respublikası xalqına hansı müraciəti aparacaqsınız?

 

Bismillahirrəhmanirrəhim. Öncə bildirməliyəm ki, mən xeyli şadam ki, möhtəşəm və prestijli Səhər Kanalı ilə ilk müsahibəmi səfirlik fəaliyyətimdə yerinə yetirirəm. Vurğulamalıyam ki, bu media vasitəsinin rolu, əlaqələrdə və iki ölkə xalqlarının yaxınlaşmasında olduqca əhəmiyyətlidir. İnşallah mən səfirlik fəaliyyətimdə də yeni fürsətləri axtaracağam. Müxtəlif cəhətlərdə əlaqələri inkişaf etdirmək üçün. Xoşbəxtlikdən iki ölkə arasında hədsiz ortaqlıqların mövcudluğu ki, mənim fikrimcə digər ölkələrdən çoxdur və həmçinin iki ölkə prezidentlərinin dostluğu ki, iki tərəfli əlaqələr üçün yaxşı dayaqdır, hamısı bizə kömək edir ki, biz daha gözəl fürsətləri yaratmağı bacara bilək. Mənim fikrimcə iqtisadi sahələrdə , əməkdaşlıq çün yaxşı potensiallar var. Ticarət ,tranzit və enerji sahələrində də . bunların üçü də əhəmiyyətli sahələrdir ki, iki tərəfli yaxud neçə tərəfli çərçivələrdə, o cümlədən ECO İclasında biz yaxşı fəaliyyətləri həyata keçirə bilərik.

 

 

- Qardaş İran və Azərbaycan Respublikası dünya ölkələri arasında daha çox ortaqlıqlara malik olan iki ölkədir. Tamaşaçılarımıza maraqlıdır ki, siz İranın Bakıdakı səfiri kimi bu ortaqlıqları necə açıqlaya bilərsiniz?

 

İki ölkənin ən əhəmiyyətli ortaqlığı bundan ibarətdir ki, dindaşdırlar. İki ölkənin əhalisi müsəlmandırlar. Bir məzhəbin daşıyıcılarıdırlar. Şiəlik məzhəbi İran və Azərbaycanın birgə məzhəbidir. İran əhalisinin böyük bir hissəsi azəri dilində danışır və bu cəhətdən də diyə bilərik ki, birgə dilimiz var. Ən əhəmiyyətlisi isə budur ki, biz qonşu ölkələrik. Qonşu olmaqda təbii ki, iki ölkənin dostluğunu gücləndirir. Birgə mənafeyimiz var müxtəlif sahələrdə. Xüsusilə Xəzər dənizində birgə mənafelərimiz var. Bunlar da ortaqlıqlarımızdandır. İki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlıqları var. İki ölkənin və rəsmilərimizin dəstəkləri. Bütün bunlar bizim ortaqlıqlarımızdır.

 

 

 

- İki ölkə münasibətləri hərdən soyuqluq və ya gərginlik ilə yanaşı olur. Səbəbi nədir? Bu sahədə hansı amillərin rolu vardır? Nə üçün düşmənlər, xüsusilə də sionist rejim və ABŞ İran və Azərbaycanın əməkdaşlıqlarının genişlənməsinin qarşısının alınması üçün bütün imkanlarından istifadə edirlər?

 

Mən inanmıram ki, iki ölkə arasında gərginlik olsun. Necə ki, sizdə işarə elədiniz , ola bilər ki, bəzi vaxtlar üçüncü tərəflər, İranın əlaqələrini qonşuları ilə, o cümlədən Azərbaycan ilə korlamaq üçün cəhdlər göstərsinlər. Ancaq mən inanıram ki, iki ölkənin dərrakəli rəhbərləri heç bir vəchlə icazə verməzlər ki, belə bir mənfi səylər nəticə versin. Əlbəttə , təbiidir ki, qonşu ölkələr arasında bəzi ixtilaflarda olsun, müxtəlif sahələrdə, əlbəttə bunlar danışıq və diplomatiya yolu ilə bir ailə daxilində olan ixtilaflar kimi həll olunur. Buna görə də , bunların adını gərginlik qoymaq olmaz. Mən tam qətiyyətlə inanmıram ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gərginlik olsun.

 

 

- Sizə istinadən xəbər nəql olunub ki, Azərbaycan Respublikası hökumətində etimadın yaradılması və iki ölkə münasibətlərinin genişləndirilməsi üçün Azərbaycan Respublikası məsələlərində xarici siyasət rəsmilərindən başqa digər tərəflərin fikir bildirməsi və Səhər telekanalı tərəfindən siyasi proqramların yayımlanması qadağandır. Sizə istinadla yayılan bu xəbər doğrudurmu?

 

Bu ki, mən indi Səhər kanalı ilə müsahibə edirəm, bunu göstərir ki, Səhər kanalının fəaliyyətləri qadağan olunmayıb. Mənim dilimdən yayılmış sözlərin də reallığı yoxdur. Bizim orada olan iclasımızda heç bir media orqanı olmayıb. Mənim fikrimcə çox ehtimal ki, iclasda hazır olan bir şəxs özünün şəxsi fikirlərini media orqanları ilə paylaşıb və belə bir xəbər yayılıb. Ancaq yayılanların reallığı yoxdur və mənim fikrimcə onların üzərində dayanmağa lüzum yoxdur.

 

- İran və Azərbaycan Respublikası öz media münasibətlərini genişləndirmək üçün hansı tədbirləri nəzərdə tutmalıdırlar?

 

Təbii halda medianın rolu xeyli əhəmiyyətlidir həqiqətləri əks etdirmək üçün. Xüsusi ilə müstəqil sürətdə və bəzi medianın atmosfer yaratmasının təsirindən kənar olaraq. Mənim fikrimcə media iki sahə də fəaliyyət göstərə bilər.

Birincisi: Xəbərlərin yayımı sahəsində. Çünki olduqca əhəmiyyətlidir ki, iki ölkənin reallıqları bir-birinə olduğu kimi çatdırılsın. Bu çox əhəmiyyətlidir. Çünki hər iki ölkənin xalqları qarşı tərəfi real dəyərləndirə bilsinlər. İkinci məsələ mənim təbirimlə media diplomatiyasıdır. Bu, Azərbaycan Respublikası ilə İran İslam Respublikası mediası arasında əlaqələrdir. Bu mənada ki, bizim media orqanlarının rəsmiləri və məsul şəxsləri görüşlər keçirsinlər, birgə proqramlar həyata keçirsinlər, xəbər mübadilə etsinlər. Bu növ əməkdaşlıqda xeyli təsirli ola bilər. Mənim fikrimcə iki ölkə arasında bir-birini tanımaq sahəsində mövcud olan meyllər və iki ölkədə mövcud olan azad şərait səbəb olur ki, müxtəlif medialar hər iki ölkədə fəaliyyət göstərsinlər. Media sahəsində əməkdaşlıq üçün güclü potensial mövcuddur. Mən öz fəaliyyətim dövründə səyə göstərəcəyəm ki, bu potensialdan yaxşı bəhrələnəm.

 

- Son illərdə İran Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini ləğv etməklə münasibətlərin daha da genişləndirilməsi üçün münasib zəmin yaratmışdır. Sizin fikrinizcə, Azərbaycan tərəfi də sizin səfirliyiniz dövründə qarşılıqlı addımların atılması və iranlılara viza rejiminin ləğvi ilə razılaşacaqmı?

 

Biz ümid edirik ki, bu baş tutsun. Bizim fikrimizcə, iki ölkə xalqları nə qədər ki, bir-birləri ilə yaxın əlaqədə olsa, gedib gəlsələr, iki ölkənin mədəni əlaqələrini gücləndirmək sahəsində faydalı olar və biz isə Azərbaycanda da buna olan müsbət meylləri hiss edirik və ümid edirik ki, bu baş tutsun. Mənim fikrimcə müsbət bir addım olacaq.

 

- Son vaxtlar Qoşulmama Hərəkatının Tehran sammitində İran İslam Respublikasının səyi ilə Dağlıq Qarabağ məsələsində Azərbaycan Respublikasının mülkiyyət haqqı və ərazi bütövlüyünün açıq-aşkar dəstəklənməsi istiqamətində önəmli və tam şəffaf qətnamə təsdiqləndi. Bu da heç bir amilin İran və Azərbaycan Respublikasının dərin dostluq və qardaşlıq münasibətlərinə zərbə vura bilməyəcəyini göstərir. Belə ki, bu qətnamənin təsdiqi üçün hətta Ermənistanın etirazları da İranın səyinə mane ola bilmədi. Sizin bu barədə fikriniz nədir?

 

Necə ki, sizdə işarə elədiniz, biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü və beynəlxalq sərhədləri rəsmiyyətə tanıyırıq və inanırıq ki, bu məsələ dinc yolla həll olunmalıdır və beynəlxalq təşkilatlarda da Azərbaycan Respublikasını dəstəkləyirik.

 

 

- Son vaxtlar İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri bildirib ki, Azərbaycan Respublikası xalqının İmam Rza (ə)-ın məqbərəsini ziyarət etməyə olan sevgi və marağı nəzərə alınaraq bu respublika xalqının müqəddəs Məşhəd şəhərinə səfəri üçün ziyarət karvanları yaradılacaqdır. Bir səfir kimi sizin bu sahədə hansı addımlarınız olacaqdır?

 

Bu çox əhəmiyyətli məsələdir. Yalnız Məşhəd və İmam Rza(ə)ın pak məqbərəsi deyil, Qum və Həzrət Məsumə(s)in ziyarətinə də əziz azərilər maraqlıdırlar. Mən də yəqin ki, buna özümün fəaliyyət proqramımda üstünlük verəcəyəm. Vizanın qaldırılması da bu sahədə çox kömək göstərə bilər. Biz gərək ki, müxtəlif şirkətləri fəallaşdıraq. Mənim Qum şəhərində danışıqlarım olub. İnşallah ki, Məşhəd şəhərinin rəsmiləri ilə də danışacağım ki, yeni şəraitlər yaradılsın, səfər üçün yardımlar olunsun ki, əziz azərilər təşrif gətirib, Məşhədə gəlib, İmam Rza(ə)ı ziyarət etsinlər.

 

 

- İran və Azərbaycan Respublikasının dini və məzhəb ortaqlığını habelə, azərbaycanlı gənclərin İranın dini elmlər üzrə hövzələrində təhsilə olan marağını nəzərə alaraq bu sahədə asanlaşdırmaların yaradılması üçün hansı proqramlar vardır?

 

İran İslam Respublikasında müxtəlif universitetlər mövcuddur. istər dini və istərsə də digər sahələrdə fəaliyyət göstərirlər. Digər ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının əgər marağı varsa, biz də kömək edəcəyik ki, gəlib təhsil alsınlar.

 

 

- İranın müxtəlif ostanlarının Azərbaycan Respublikası ilə iqtisadi münasibətlərinin genişləndirilməsi üçün sizin tərəfinizdən bəlli səylər başlanmışdır. Zəhmət olmasa, bu sahədə əlavə açıqlama verəsiniz.

 

Bəli düzdür. Mən Şərqi Azərbaycan və Ərdəbil ostanlarında səfərdə oldum. Böyük potensiallar xüsusilə də iqtisadi sahədə mövcuddur ki, sərhədyanı ostanlar özlərinin Azərbaycan Respublikasındakı tərəfdaşları ilə əməkdaşlıq etsinlər. Ticarət toplantılarının təşkili, heyətlərin mübadiləsi və digər fəaliyyətlər bu sahədə kömək göstərə bilər. İnşallah ki, bunlar mənim fəaliyyət proqramımda olacaq.

 

-Cənab səfir son sözü sizə veririk...

Xeyli şadam ki, Azərbaycan Respublikasının şərafətli və nəcabətli xalqının ziyarətinə gedirəm. Bu missiyaya görə sevinc içindəyəm və ümid edirəm ki, səfirlik fəaliyyətimdə bacara bilim ki, iki ölkə xalqları və dövlətlərinin əlaqələrini möhkəmləndirmək sahəsində xidmət göstərəm.

Təşəkkür edirəm

  • Yazılıb
  • da (də) 2012 Oct 12