Tarix : 2012 Oct 12
Kod 33354

İranın yeni səfiri Azərbaycan xarici işlər naziri ilə görüşüb

Azərbaycan-İranın Azərbaycan Respublikasındakı yeni səfiri Möhsün Pakayin bu gün günortadan sonra xarici işlər naziri Elmar Məmmədyarovlar görüşüb
/Aran Agentliyi

 

Azərbaycan-İranın Azərbaycan Respublikasındakı yeni səfiri Möhsün Pakayin bu gün günortadan sonra xarici işlər naziri Elmar Məmmədyarovlar görüşüb.

İRİB-in məlumatına görə, İranın Bakıdakı yeni səfiri bu görüşdə İranla Azərbaycan Respublikası arasında olan çoxlu ortaqlıqlara toxunaraq deyib: Tehran və Bakı münasibətlərinin genişliyi ikitərəfli mənfəətdən əlavə regionda sülh və stabilliyin inkişafına kömək edir.

İki ölkə rəsmilərinin iradəsinə toxunan Pakayin söyləyib: Münasibətlərin perspektivi bütün iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişafını tələb edir.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov da bu görüşdə regionun təhlükəsizliyində İranın böyük və önəmli rola malik olduğunu qeyd edərək deyib: Azərbaycan Respublikası Tehranla münasibətlərin inkişafına önəm verir və bu istiqamətdə addım atır.

İranın Azərbaycan Respublikasındakı yeni səfiri Möhsün Pakayin cümə günü Bakıya daxil olub. Möhsün Pakayin Bakı hava limanında jurnalistlər qarşısında Azərbaycan Respublikasını dost və qardaş ölkə adlandıraraq deyib: İki ölkə rəsmilərinin münasibətlərin genişləndirilməsi üçün ciddi iradəsi vardır.

Azərbaycan Respublikasında olmaqdan məmnun qaldığını söyləyən Pakayin ümidvarlıq edib ki, iki ölkə rəsmilərinin iradəsini nəzərə alaraq Tehran və Bakı münasibətlərində gələcəkdə bütün siyasi, iqtisadi, mədəni və beynəlxalq sahələrdəki əməkdaşlıq genişlənəcək.

İranın Bakıdakı sabiq səfiri Məhəmməd Baqir Bəhraminin səlahiyyəti dövrü sentyabr ayının əvvəllərində başa çatdı və ondan sonra səfirliyin işləri müvəqqəti işlər vəkili tərəfindən icra olunurdu. Möhsün Pakayin bundan öncə İranın Özbəkistan, Tailand və Zambiyada səfiri olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Oct 12