Tarix : 2012 Oct 13
Kod 33388

Hacılar Ərəbistana yola düşürlər

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yollanmağa başlayıb
/Aran Agentliyi

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yollanmağa başlayıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, ilk təyyarələr yola düşüb.

2000 nəfər zəvvar bu il Həccə gedəcək.

İlk günlərdə zəvvarlar şam namazında "Şəcərə" məscidinə gedəcəklər.

Orada ehramı geyən zəvvarlarımız Məkkəyə gələcəklər.

Məkkəyə gəldikdən sonra isə, zəvvarlarımız Ümrə Həccini yerinə yetirəcəklər.

Qeyd edək ki, bu əməl Həcc ziyarətinin Məkkədəki ilk əməlidir.

 Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtması nəzərdə tutulur.

Müvafiq olaraq 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarlar qayıdacaqlar.

Bu il zəvvarlarımız üçün ən gözlənilməz yenilik isə, zəvvarlarımız Məkkədə Türkiyə dövlətinin səhiyyə xidmətindən pulsuz istifadə etməsi olacaqdır.

  • Yazılıb
  • da (də) 2012 Oct 13