/Aran Agentliyi
"Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkəni müharibəyə sürükləyir"
SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib. O bildirib ki, baş nazir buna səbəb kimi Suriyada demokratiyanın olmamasını göstərir: "Deyin görək, Yaxın Şərq ölkələrinin hansında demokratiya var?! Guya Türkiyədə demokratiya var? Deputatlar, hərbiçilər, jurnalistlər və universitet tələbələri həbs olunurlar. Görəsən, bunun harası demokratiyadır".