Tarix : 2012 Oct 13
Kod 33390

“Zorakılıq qəbul olunan bir məsələ deyil”

İlkin mərhələdə vəzifədir. Nəticə ikinci işdir
/Aran Agentliyi

İlkin mərhələdə vəzifədir. Nəticə ikinci işdir

İslamazeri.az İnternet Qəzeti Azərbaycanda hicab qadağasının mövcud olub-olmaması və keçirilən aksiya ilə bağlı İlahiyyatçı  Hacı Əhliman Rüstəmovdan münasibət öyrənib.

Ruhani orta məktəblərdə hicab qadağasının olduğunu xatırladaraq deyib: "Məktəblərdə hicab qadağası mövcuddur. Əksər məktəblərdə hicablı şagirdləri məktəblərə buraxmırlar. Bu da problemdir. Bu problemə görə də aksiya keçirilib. Aksiyada da dindarlara qarşı zorakılıq olub. Ümumiyyətlə zorakılıq qəbul edilməzdir. İstər polis olsun, istərsə də bir başqasının. Mümkündür ki, bir işin nəticəsi olmasın, amma onu icra etmək vəzifə olsun. İlkin mərhələdə vəzifədir. Nəticə ikinci işdir."

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 13