Tarix : 2012 Oct 13
Kod 33392

Azərbaycan Litvaya nota verib

Azərbaycan hökumətinin notasını Litva XİN-ə təqdim edib.
/Aran Agentliyi

Azərbaycan hökumətinin notasını Litva XİN-ə təqdim edib.

XİN Litvadan olan musiqi qrupunun Dağlıq Qarabağda çıxışına münasibət bildirib.

Əvvəlcədən rəsmi Bakı ilə razılaşdırmadan Azərbaycanın işğal olunmuş ərazilərinə hər hansı səfər qanunsuzdur. Bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Litvadan olan musiqi qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çıxışına münasibətini bildirərkən səsləyib.

O bildirib ki, bununla əlaqədar olaraq Azərbaycanın Litvadakı səfiri müvafiq qurumların nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökumətinin notasını Litva XİN-ə təqdim edib.

E.Abdullayev bildirib ki, Litva tərəfindən alınmış izahata görə, bu ölkənin musiqi qrupu işğal edilmiş ərazilərə aldadılma yolu ilə dəvət edilib: “Bu hadisə ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyi Litva tərəfinə təqdim edilib. Biz işğal edilmiş ərazilərə hər hansı şəxs tərəfindən qanunsuz səfər edilməsi ilə heç vaxt razılaşmayacağıq və belə qanunsuz səfərlərə göz yummağa hazırlaşmırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz gələnlər arzuolunmaz şəxslər elan edilirlər”.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Oct 13