Tarix : 2012 Oct 13
Kod 33393

Dəməşq Türkiyə ilə birbaşa dialoq qurmağa hazırdır – Suriya XİN

Dəməşq iki ölkə arasında gərginliyi aradan qaldırmaq üçün Türkiyə ilə birbaşa dialoq qurmağa hazırdır
/Aran Agentliyi

Dəməşq iki ölkə arasında gərginliyi aradan qaldırmaq üçün Türkiyə ilə birbaşa dialoq qurmağa hazırdır

HaqqYolu - RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə şənbə günü Suriya XİN-i bildirib.

Oktyabrın əvvəlində Türkiyənin Akçakala qəzasına qonşu ərazidən buraxılan artilleriya mərmiləri düşdükdən və beş nəfərin ölümü, 11 nəfərin isə yaralanması ilə nəticələnən partlayışdan sonra Suriya və Türkiyə arasında münasibətlər gərginləşib. Hadisəyə cavab olaraq, Türkiyə Parlamenti hökumətə oktyabrın 4-də trans sərhəd, o cümlədən Suriya ilə bağlı hərbi əməliyyatların keçirilməsinə illik mandat təqdim edib. Rusiyanın XİN rəhbəri Sergey Lavrov oktyabrın 10-da məsələnin həll olunması məqsədi ilə birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıb.

“Suriya Türkiyə ilə arasında təhlükəsizlik məsələləri ilə bağlı birbaşa ünsiyyət mexanizminin vacibliyi barədə Lavrovun təklifini dəstləyir”,- bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Suriya rəhbərliyi “sərhəddin hər iki tərəfində təhlükəsizlik vəziyyətinə nəzarət mexanizminin axtarılması üçün Suriya-Türkiyə birgə Təhlükəsizlik Komitəsinin yaradılmasına” hazır olması məsələsini Dəməşqdə Rusiya səfiri ilə müzakirə edib.

Salamnews

  • Yazılıb
  • da (də) 2012 Oct 13