Tarix : 2012 Oct 13
Kod 33394

Hacı Vaqif Abdullayevə həsr olunmuş şeir

Vaqif Abdullayevin Ad günü münasibətilə bir neçə bənd şerlə ruhunu şad etdik Allah qəbul etsin amin!
/Aran Agentliyi

 

Vaqif Abdullayevin Ad günü münasibətilə bir neçə bənd şerlə ruhunu şad etdik Allah qəbul etsin amin!

HaqqYolu - Vaqif Abdullayevin Ad günü münasibətilə bir neçə bənd şerlə ruhunu şad etdik Allah qəbul etsin amin!

Dünyanı xəlq etdi Xaliqi Sübhan

Məxluqlar göndərdi qüdrət nurundan

Seçərkən özünə xəlifə əşrəf

Lövhü məhfuzunda göründü insan

Sən də onlardan birisən qardaş

Behişt məkanındır, reyhan ətirin

Sənsən Allah yanında imam rütbəli

 

Axirəti bu dünyaya satmadın

Ağrılar içində gül kimi soldun

Mərd olaraq namərdə yalvarmadın

Behişt məkanındır, reyhan ətirin

Sənsən Allah yanında imam rütbəli

 

Dünya gözlərində çox cilvələndi

İstədi səni də salsın toruna

Qeyrətin imanın imkan vermədi

Paklıqla mərdanə yetişdin öz Rəbbinə

Qibtəliyəm səndə olan imana

Rəbbini şad edib qələbə çaldın

Şəhidlik zirvəsinə bu cür ucaldın

Behişt məkanındır, reyhan ətirin

Sənsən Allah yanında imam rütbəli

 

Səni tanıyanlar yoxluğuna acıyır

Yaddaşlarda xoş əxlaqın yaşayır

Övladların və xanımın ölümünlə kədərlənib alışır

Quran ayələri bu qeyrətin ənamından danışır

Behişt məkanındır, reyhan ətirin

Sənsən Allah yanında imam rütbəli

İslaminsesi

  • Yazılıb
  • da (də) 2012 Oct 13