/Aran Agentliyi
İşğalçı ölkə S300 komplekslərini Azərbaycan sərhədi yaxınlığına yerləşdirib
HaqqYolu - Kosmosdan çəkilmiş son təsvirlərin təhlili Qafqazda hava hücumundan müdafiə qüvvələrinin bölgüsünə ciddi təsir göstərə biləcək dəyişikliklərdən xəbər verir. ABŞ-da yerləşən IMINT hərbi təhlil mərkəzi bölgədə Rusiya və Ermənistanın RƏM sistemlərinin peykdən çəkilmiş fotoşəkillərini yayıb.
“Təsvirlər Ermənistanda və Gürcüstanın Abxaziya əyalətində yeni S-300 komplekslərinin peyda olduğunu göstərir. Hər iki yerləşmə yerinin cəbhə boyu düzülməsində mühüm potensialı var”, deyə ekspert Şon O’Konnor bildirib.
2008-ci ilə qədər Ermənistan Yerevanın müdafiəsi üçün köhnə S-125 batareyalarını əvəz etmək üçün ən az 3 S-300 komponentləri idxal edib.
2010-cu ildə Rusiya Sünik əyalətində Qoris və Kaqnut kəndi yaxınlığında əlavə olaraq iki S-300 yerləşdirib. Hər iki batareya Dağlıq Qarabağla sərhəddən 7 km aralıdadır.
“Batareyalarda 5N63S mobil radarından və kiçik yüksəklik üçün radardan istifadə olunur”, deyə mənbə qeyd edib.
“2011-ci ildə çəkilmiş təsvirlərə görə, Qoris rayonunda hazırda bir neçə batareya yerləşdirilib. Orada S-300 yerləşdirilməsi bütün Dağlıq Qarabağ regionunda Ermənistan RƏM-i müdafiə altına alır”, deyə analitik qeyd edib.
Orada yerləşən S-300-lər mövcud S-125 batareyalarına əlavə olaraq, Xankəndi yaxınlığındakı aeroportu da əhatə edə bilər. Bundan başqa, S-300-lərin belə yerləşməsi mövcud hava boşluğunu doldurur və Ermənistana Azərbaycanın Naxçıvanla hava əlaqəsini kəsməyə imkan verir.
Dağlıq Qarabağa bitişik ərazidə Ermənistanın S-300 yerləşdirməsi regionda mümkün münaqişənin müxtəlif ssenarilərinin hazırlanmasına dəlalət edir, deyə Şon O’Konnor qeyd edib.
Turan