Təhlükəsizlik qüvvələrinin davamlı işgəncələri ikinci hicab şəhidinin şəhadətinə səbəb olmuşur
/Aran Agentliyi
Təhlükəsizlik qüvvələrinin davamlı işgəncələri ikinci hicab şəhidinin şəhadətinə səbəb olmuşur.
AranNews - Media Forum saytı dünən hacı Füzuli Novruzovun ölümü barədə tibbi ekspertiza rəyinin açıqlanması barədəki xəbərdə yazır: “Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynov bildirib ki, tibbi ekspertiza mərhumun kəskin ürək-damar çatışmazlığından vəfat etdiyini müəyyən edib”.
Hicab məhbuslarına yaxın adamların açıqlamasına əsasən, hicab qadağasına etiraz etdiyinə görə həbs və mühakimə olunan din alimi hacı Füzuli Novruzov təhlükəsizlik məmurlarının zindanda ona verdikləri işgəncələr və mərhum üçün zəruri olan dərmanların kəsilməsi üzündən şəhid olub.
Bu xəbərə əsasən, hacı Füzuli Novruzov həbsxananın dözülməz sanitariya şəraiti, təhlükəsizlik məmurlarının fiziki və psixi işgəncələri nəticəsində xəstəliyə düçar olmuşdu.
Qeyd edək ki, AR MTN əməkdaşları həbs olunan dindarları bioloji zəhərlərlə zəhərləyirlər. Hacı Füzulinin şəhadəti onun xüsusi təsiri olan dərmanla zəhərləndirilməsi ehtimalını daha da gücləndirdi. Buna görə də belə nəzərə gəlir ki, Bakının təhlükəsizlik aparatları islamçıları şəhid etmək üçün başqa taktika seçiblər.