ECO-ya üzv ölkələrin xarici işlər nazirlərin müavinlərinin sammit sənədini hazırlamaq üzrə 2 günlük iclası bu gün Bakıda işə başlayıb
/Aran Agentliyi
ECO-ya üzv ölkələrin xarici işlər nazirlərin müavinlərinin sammit sənədini hazırlamaq üzrə 2 günlük iclası bu gün Bakıda işə başlayıb.
İranın Mərkəzi İnformasiya Agentliyinin məlumatına görə bu iclasda zirvə görüşünün gündəmləri, xarici işlər nazirlərinin iclasına təqdim olunmaq üçün ECO-nun ən mühüm regional və iqtisadi layihələri araşdırılacaq.
İran xarici işlər nazirliyinin beynəlxalq əməkdaşlıqlar şöbəsinin müdiri Əli Məhəmməd Musəvi İranın Mərkəzi İnformasiya Agentliyi ilə müsahibədə deyib ki, İran ECO-ya xüsusi önəm verir. O, sonra deyib ki, biz ECO çərçivəsində üzvlərin ticarət əməkdaşlıqları səviyyəsinin yüksəldilməsi, enerji və nəqliyyat sahələrində mühüm təkliflər təqdim edəcəyik.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də müxbirimizlə müsahibədə deyib: Biz iki günlük iclasımızda ECO Xİ nazirləri şurasına qətnamə layihəsi təqdim edəcəyik. Həmçinin sammitin iş gündəmini hazırlayıb təqdim edəcəyik.
ECO-nun 12-ci sammiti çərşənbə axşamı günü İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə Bakıda keçiriləcək.
ECO-nun xarici işlər nazirləri şurasının iclası isə bazar ertəsi günü Bakıda keçirilməlidir.