Tarix : 2012 Oct 15
Kod 33417

Qərəzli dairələr Anar Bayramlının azadlığına maneçilik yaradırlar

Tehran-Bakı arasındakı əlaqələrdə yaranan müsbət dəyişikliklərdən nigaran qalan və iki ölkə arasındakı dostcasına münasibətləri istəməyən dairələr...
/Aran Agentliyi

AranNews -Tehran-Bakı arasındakı əlaqələrdə yaranan müsbət dəyişikliklərdən nigaran qalan və iki ölkə arasındakı dostcasına münasibətləri istəməyən dairələr, İran İslam Respublikası Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlının sərbəst buraxılmasının qarşısını almaq üçün maneçiliklər yaradırlar.

Anar Bayramlının həbsinin siyasi və sifariş xarakterli olması haqda onlarla insan haqları və ölkə daxili müəssisə və təşkilatın elan və bəyanatlar yaydığı, habelə son vaxtlar İranın Azərbaycan Respublikası haqdakı dost və qardaşcasına addımlarının həyata keçirildiyi bir halda, ümumi fikrin Anar Bayramlının dərhal azad edilməsi barədəki gözləntilərinin artmasına rəğmən, qərəzli dairələr, bu haqda maneçiliklər törədirlər.

Mediaforum Xəbər Agentliyi bir qondarma xəbərdə Anar Bayramlının qardaşı Yaşar Bayramlıya istinadla iddia edib ki, Anar hələ həbs müddətinin azaldılması barədə xahiş ərizəsi verməyib.

Anar Bayramlının həbs müddətinin yarısını arxada qoymasına əsasən, hüquqi baxımdan onun belə bir xahiş irəli sürməsinə ehtiyac yoxdur və bu mövzunun ortaya atılması, qərəzli dairələrin bəhanələr ardınca olmasını göstərir.

Məlumatlı müşahidəçilər belə inanırlar ki, İranla Azərbaycan arasındakı dostcasına əlaqələrlə müxalif olanlar, Azərbaycan hakimiyyətinin daxilindəki nüfuzlarından sui-istifadə edib, Anar Bayramlının azad edilməsinin qarşısını almaqla, İran-Azərbaycan münasibətlərində yaranan müsbət vəziyyətə zərbə vurmağa çalışırlar. Halbki, Azərbaycan rəsmiləri, öz mövqelərini bildirdikləri zaman, İranla əlaqələrin yaxşılaşdırılması üçün ciddi iradəyə malik olduqlarını iddia edirlər.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 15