Tarix : 2012 Oct 15
Kod 33421

Qarabağ problemi, bir milyon qaçqın + “Rihanna”- “Şakira” hoqqası

Azərbaycan xalqının daha da dərinləşən Qarabağ problemi aktual olaraq qalır. Ekspertlərə görə isə Azərbaycan gənclərinin müəyyən hissəsində vətənpərvərlik hissindən başqa nə desən var
/Aran Agentliyi

Azərbaycan xalqının daha da dərinləşən Qarabağ problemi aktual olaraq qalır. Ekspertlərə görə isə Azərbaycan gənclərinin müəyyən hissəsində vətənpərvərlik hissindən başqa nə desən var.

Daha bir təzadlı məsələ isə budur ki, işğala məruz qalmış, bir milyondan çox qaçqını olan dövlət tərəfindən millətə, xalqa sırınan “Rihanna” , “Şakira” hoqqası nə dərəcədə mühümdür? Ümumiyyətlə, buna ictimai münasibət necə olmalıdır? Kimlər bu müstəvidə məsuldur? İctimaiyyət, yoxsa QHT və media işçiləri? Hərbi ekspert, Müstəqil Jurnalistlər Assosasiyasının (MJA) təsisçilərindən olan Üzeyir Cəfərov mövzu ilə əlaqədar birlik.az saytına münasibət bildirdi:

“Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikrimi bildirmişəm ki, bu gün Azərbaycanda gənclərimizdə vətənpərvərlik hissindən savayı hansı neqativ, əndrabadi şeylər varsa, onu formalaşdırmağa çalışırlar.

Elə bəzi məsuliyyətsiz və özündənrazı məmurların günahı ucbatından güc strukturlarında, xüsusən də döyüş bolgəsində xidmət keçən zabit və əsgərlərimizin tərbiyəsinə olduqca ağır mənəvi zərbələr endirilir.

Elə Rihanna, Şakira, Lopes kimi müğənniləri Azərbaycana gətirən və bu ideyanı təbliğ edən məmurdan soruşmaq istərdim: “Sən bu millətin ön xətdə durub sənin namusunu, qeyrətini qoruyan əsgəri, zabiti üçün nə etmisən??”

Və ümumiyyətlə siz dərindən düşünürmüsünüz ki, belə yersiz, mənasız hərəkətləriniz ilə siz minlərlə, bəlkə də, on minlərlə insanın nifrətini qazanırsınız?!! Axı həmin muğənnilər əsl vətənpərvər oğullara hansı nümunəni göstərə bilərlər? Onlar üçün hər şeydən öndə PUL Para və Şan-şöhrətdir..!”

Ona görə də, hesab edirəm ki, Azərbaycanın neft pullarını kimlərsə atalarının şəxsi vəsaiti kimi başa düşməməlidirlər və belə abırsız və yersiz hərəkətlərinə son qoymalıdırlar.

Mən başa düşürəm ki, dünənə kimi yaşayışları üçün min yola əl atan bəzi harınlaşmış məmurlar bu gün bir az neft pullarından, digər əyri yollarla əldə etdikləri vəsaitləri öz xalqına deyil, şakiralara, lopeslərə, rihanalara xərcləməklə özlərini müasir göstərmək istəyirlər. Amma hesab edirəm ki, zamanı gələcək bu gün açıq qalan suallara çox çətin cavablar verməli olacaqlar həmin şəxslər.

Bir də, mən bir məsələni qeyd etmək istəyirəm ki, yəqin ki bizim bu fikirlərimizdən sonra bizləri geridə qalmaqla, zamanla ayaqlaşa bilməməkdə günahlandırmağa cəhd edənlər də tapılacaq. Onların diqqətinə onu çatdırmaq istəyirəm ki, bu cür hərəkətlər artıq təkcə Azərbaycanda deyil, xaricdə də xalqımızla bağlı o qədər də yüksək olmayan fikirlərin formalaşmasına gətirib çıxarır. Avropa mədəniyyətinin beşiklərindən biri olan və inkişaf etmiş ölkələrdən birində yaşamış, təhsil almış şəxs bir kimi bunu bildirməyi vacib sayıram.”(Birlik.az)

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 15