Tarix : 2012 Oct 15
Kod 33431

İranın AR-dakı yeni səfiri etimadnaməsini bu ölkə prezidentinə təqdim edib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Möhsün Pakayin bu gün bazar günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşərək öz etimadnaməsini ona təqdim edib
/Aran Agentliyi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Möhsün Pakayin bu gün bazar günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşərək öz etimadnaməsini ona təqdim edib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, bu görüşdə Azərbaycan Respublikası prezidenti Tehran-Bakı münasibətlərini hərtərəfli adlandırıb və deyib: İki ölkə münasibətləri bizim strateji siyasətimizdir.

İran İslam Respublikası və Azərbaycan Respublikasının dostluq və birliyini regionun stabilliyi üçün faydalı adlandıran Azərbaycan prezidenti İlham Əliyev deyib: Bakı Tehranın strateji dostudur.

Azərbaycan Respublikası İranın nüvə proqramını müdafiə edən ilk ölkələrdən olub və gələcəkdə də iki ölkə münasibətlərinin genişlənməsinə üçüncü qüvvələrin təsir etməsinə icazə verməyəcək” –deyə İlham Əliyev bildirib.

Bu görüşdə Möhsün Pakayin də İran prezidenti Mahmud Əhmədinejadın səmimi salamlarını Azərbaycan prezidentinə çatdırdıqdan sonra deyib: İran İslam Respublikası rəsmilərinin iradəsi Tehran-Bakı münasibətlərinin gücləndirilməsi üzərindədir.

İki ölkə münasibətlərinin gələcəyini şəffaf hesab edən Pakayin deyib: İqtisadi və mədəni sahələrdə bir çox potensiallar mövcuddur. Bu potensiallar müəyyənləşdirilərək iki tərəfin münasibətlərinin inkişafınin xidmətində durmalıdır.

  • Yazılıb
  • da (də) 2012 Oct 15