Tarix : 2012 Oct 15
Kod 33432

Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü: Bakı dövləti təhlükə gümanı ilə yaşayır

“Əgər Azərbaycanın başçıları İran əleyhinə bir hərəkət etsələr, İran beynəlxalq təşkilatların imkanlarından bu ölkə dövlətini öz səhvini anlada biləcək həddə istifadə edəcək
/Aran Agentliyi

 

AranNews - İslami Şura Məclisinin Milli Təhlükəsizlik  və Xarici Siyasət Komissiyasının üzvü Bakı dövlətinin təhlükə gümanı ilə yaşadığına işarə edərək deyib: “Əgər Azərbaycanın başçıları İran əleyhinə bir hərəkət etsələr, İran beynəlxalq təşkilatların imkanlarından bu ölkə dövlətini öz səhvini anlada biləcək həddə istifadə edəcək”.

İbrahim Ağaməhəmmədi “Xaneyi-millət” informasiya blokunun müxbirnə müsahibəsində İrana casusluqda ittiham edilərək həbs olunan 22 nəfər Azərbaycan vətəndaşına hökm oxunmasına münasibət bildirərək deyib: “İranın Azərbaycanda casusuluq fəaliyyətinə ehtiyacı yoxdur və bu ölkə dövləti təhlükə gümanı ilə yaşayır”.

Xürrəmabad və Dövrə əhalisinin parlamentdəki nümayəndəsi Azərbaycan dövlətinin anti-şiə və anti-din təfəkkürünə də toxunaraq deyib: “Bu günləri islami oyanış bütün Yaxın Şərq regionunu bürüyüb və Azərbaycan dövləti bunun yayılmasının əsas səbəbkarının İran olduğunu düşünür”.

Azərbaycanın sionistlərlə və ABŞ-la çox yaxın əlaqələrinin olmasına toxunan nümayəndə artırıb: “Bu ölkə başçıları öz xalqının hər bir dini fəaliyyətini təxribat hesab edirlər”.

İslami Şura Məclisinin mühafizəkar nümayəndəsi vurğulayıb: “Azərbaycan qabaqlar İranın ərazisi olub və Qacarilər dövründə rüsvayçı müqavilə ilə İrandan ayrılıb. Lakin buna baxmayaraq, İranın qonşu ölkələrə qarşı siyasəti yaxşı qonşuluq münasibətlərinə əsaslanır və heç biri ilə uyğunsuzluğu və ya düşmənçiliyi yoxdur”. O artırıb: “Bunula belə İranın haqqı vardır ki, Bakı dövlətinin İran İslam Respublikasının hökumətinə zərbə vurmaq üçün etdiyi hərəkətlərə öz münasibətini bildirsin və belə bir hərəkətin baş verməsinə əminlik olduğu surətdə beynəlxalq təşkilatların imkanlarından bu ölkə dövlətini öz səhvini anlada bilmək üçün istifadə ediləcək”.

İslami Şura Məclisinin Milli Təhlükəsizlik  və Xarici Siyasət Komissiyasının üzvü Bakı dövlətinin bu hərəkətini qərbin İran əleyhinə projesi çərçivəsində olduğunu bəyan edərək deyib: “İran regionda müsəlman xalqların örnəyi olub və regionda şərait hər gün müsəlmanların xeyrinə, ABŞ və əlaltılarının zərərinə dəyişməkdədir”.

  • Yazılıb
  • da (də) 2012 Oct 15