Tarix : 2012 Oct 15
Kod 33443

Tutulan dindarlardan 20 nəfərinin adı açıqlanıb

Oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş aksiyaya görə saxlanılan şəxslərdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
/Aran Agentliyi

 “İslamazeri.az” saytı oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş və barəsində cinayət işi başlanmış dindarlardan 20 nəfərinin adını açıqlayıb.

Oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş aksiyaya görə saxlanılan şəxslərdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğu 5 oktyabr aksiyasında baş verənləri Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırır. Rəsmi məlumata görə, aksiya iştirakçıları 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

5 oktyabr aksiyasından 10 gün ötsə də, hüquq mühafizə orqanları haqqında həbs qətimkan tədbiri seçilmiş və inzibati qaydada həbs olunmuş şəxslərin adlarını açıqlamayıb.

“İslamazeri.az” saytının məlumatına görə, barəsində həbs qətimkan tədbiri seçilən 32 nəfər arasında bu şəxslər var:

 

1. Aydın Məmmədov

2. Elsevər İsayev

3. Yusif Mirzəyev

4. Tərlan Ağadadaşov

5. Davud Xudaverdi

6. Nəsimi Quliyev (aksiyadan bir gün sonra tutulduğu bildirilir)

7. Məşhədi İlkin

8. İlham Həsənov

9. Telman Süləliyev

10. Elçin Füzuli oğlu

11. Zaur Hüseynov

12. Ramin Vəliyev

13. Bəxtiyar Ağayev

14. Ceyhun Quliyev

15. Elçin Məmmədov

16. Anar Qasımlı

17. Elçin Qədimov

18. Elçin Həşimov

19. Rauf Salehov

20. Sahil Rzayev.

 Sayt digər 12 nəfərin adını hələ müəyyənləşdirə bilmədiyini vurğulayıb.

"Media forum"

  • Yazılıb
  • da (də) 2012 Oct 15