Tarix : 2012 Oct 17
Kod 33512

Böyük Rəhbər: İran xalqına xidmət artırılmalıdır

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Nazirlər Kabinetinin üzvlərinə tövsiyə ediblər ki, İranın əziz xalqına xidmətlər üzrə səyləri imkan təqdirində daha da artırsınlar
/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Nazirlər Kabinetinin üzvlərinə tövsiyə ediblər ki, İranın əziz xalqına xidmətlər üzrə səyləri imkan təqdirində daha da artırsınlar.

 İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü (17 oktyabr) İranın Şimali-Xorasan ostanına olan səfərlərinin sonuncu günündə Bocnurd şəhərində İranın Nazirlər Kabinetinin üzvlərinin o həzrətlə görüşləri zamanı İranın qədirbilən xalqına xidmətin İlahi nemət və fürsət olduğunu bildirərək, belə vurğulayıblar:" Bu əziz və üstün xalqa xidmət imkan olduğu qədər daha da keyfiyyətli olmalıdır".

 İslam İnqilabının Böyük Rəhbəri İranın Nazirlər Kabinetinin Şimali-Xorasan Ostanının vəziyyətinin daha da yaxşılaşdırılması və inkişafı üzrə qəbul etdiyi qanun layihələrinin "yaxşı və ətraflı" olduğunu bildirərək, belə əlavə ediblər:" Bütün bu qanun layihələri bu ostanın icra hakiminin davamlı və ciddi səyləri habelə məsul şəxslərin xüsusi çalışmaları ilə reallaşmalıdır və xalq onların təsirlərini öz həyatlarında hiss etməlidirlər".

 Şimali-Xorasan ostanının təbii olaraq, Dünya Şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(əs.)in milyonlarla zəvvarının yolu üstündə yerləşdiyini bildirən Böyük Rəhbər sonra belə bildiriblər :" sənayeləşmə və modernləşmə, əkinçilik ərazilərinin birləşdirilməsi və emal sənayesi və turizmin yaradılması bu ostanın rövnəqli amillərindəndir və hökumət bu məsələlərə baxmağı prioritet təşkil edən məsələlər sırasına daxil etməlidir".

 İran İslam Respublikası prezidentinin birinci vitse-prezidenti də İranın Nazirlər Kabinetinin Şimali-Xorasan Ostanının problemlərinin həll edilməsi və bu ostanın inkişaf və abadlıq tempinin artırılması haqda qəbul etdiyi qanun layihələr barədə hesabat təqdim edib.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 17