Tarix : 2012 Oct 29
Kod 33776

Hacı Cavid Məmmədov ilkin ifadəsindən imtina etdi

İlahiyyatçı ilkin ifadəsindən imtina edib
/Aran Agentliyi

İlahiyyatçı ilkin ifadəsindən imtina edib

Bakı İstintaq Təcridxanasında saxlanan ilahiyyatçı Cavid Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib.Cavid Məmmədovun adı oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasının təşkilatçısı kimi hallandırılır. Onun hüquqlarını iki vəkil – Cavad Cavadov və Bəxtiyar Hacıyev müdafiə edir.

Hər iki vəkil bu günlərdə Bakı İstintaq Təcridxanasında Cavid Məmmədovun dindirilməsi prosesinə qatılıblar. Dindirmə zamanı Cavid Məmmədov Nəsimi Rayon Polis İdarəsində verdiyi ilkin ifadəsindən imtina edib.Vəkil Cavad Cavadlı “Media forum” saytına deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur: “İddia olunur ki, oktyabrın 17-də Cavid Məmmədovun evində aparılan axtarış zamanı lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb. Həmin gün onu həbs edərək Nəsimi Rayon Polis İdarəsinə gətiriblər. Cavid Məmmədov silahın ona aidiyyəti olmadığını deyib. Ancaq onu polis idarəsində qanunsuz olaraq 48 saatdan artıq saxlayıblar və etirafedici ifadə almaq üçün təzyiq ediblər. Təzyiqlər nəticəsində Cavid Məmmədov ilkin ifadəsində silahın ona məxsus olduğu haqda saxta etirafa məcbur olub. Oktyabrın 20-də məhkəmə onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı İstintaq Təcridxanasındakı dindirmə zamanı Cavid Məmmədov ilkin ifadəsindən imtina etdi və silahın ona məxsus olmadığını bildirdi”.Vəkil ilahiyyatçının 5 oktyabr aksiyasının təşkilatçısı olması barədə xəbərlərə də münasibət bildirib: “Bu xəbərlər Cavid Məmmədovda təəssüf və təəccüb doğurub. O, həmin xəbərlərin yayılmasına etiraz etdiyini dedi. Biz vəkil olaraq bu işə başlayanda ən əvvəl 5 oktyabr aksiyasının istintaqını aparan Bakı Şəhər Prokurorluğuna müraciət etdik. İstintaq qrupundan bizə bildirdilər ki, onlar Cavid Məmmədov adlı şəxslə bağlı heç bir istintaq aparmırlar. Yəni hazırda ilahiyyatçı ilə bağlı cinayət işini 5 oktyabr aksiyasının istintaqını aparan Bakı Şəhər Prokurorluğu yox, Nəsimi Rayon Polis İdarəsi araşdırır”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Oct 29