Tarix : 2012 Nov 01
Kod 33860

''Muxtarnamə'' və ''Həzrəti Yusif'' Azərbaycanda ən populyar filmlər sırasındadır

Bu barədə ''Salam Studio'' kino şirkətindən məlumat verilib
/Aran Agentliyi

Bu barədə "Salam Studio" kino şirkətindən məlumat verilib

HaqqYolu - "Muxtarnamə" və "Həzrəti Yusif" filmləri Azərbaycanda ən çox populyar olan filmlərin sırasındadır.

Bu barədə "Salam Studio" kino şirkətindən məlumat verilib.

Bildirilib ki, hazırda bu filmlərə maraq sürətlə artıb. Bundan başqa ən çox baxılan və diskləri satılan Süleyman peyğəmbərdən bəhs edən "Mülki Süleyman" (Süleymanın mülkü) adlı filmdir. Adından da göründüyü kimi film, Qurnai-Kərimdə adı keçmiş peyğəmbərlərdən biri - Süleyman peyğəmbərin həyatından bəhs edir. Filmdə Süleyman peyğəmbərin cin və şeytanlarla necə mübarizə aparmasından söhbət gedir.

Həmçinin seraillara da maraq artıb "Hücr İbn Üdeyy" serialı populyar olan seriallar sırasındadır. Bu serial Əmirəl-Möminin Həzrəti Əlinin (ə) ən yaxın Səhabəsi Hücr İbn Üdeyy haqqındadır.

Hücr İmam Əlinin (ə) yaşadığı dövürdə yaşayım İmamın bütün acılarını İmamla bölüşür və bu yolda müxtəlif əziyyətlərə qatlaşırdı.İmam Əli ( ə ) şəhid olandan sonra da,Əhlibeyt aşiqi olan Hücr zülmə baş əyməyib zalimlərlə vuruşur və bu yolda öz övladlarınıda qurban verməyə hazır idi.

Xatırladaq ki, "Salam Studio" kino şirkətinin dublyaj redaksiyasının təqdim etdiyi bütün dini filmləri əldə etmək üçün "Məsumə" və digər dini dükanlara müraciət etmək olar.

Salamnews

  • Yazılıb
  • da (də) 2012 Nov 01