Tarix : 2012 Nov 01
Kod 33867

Zəlzələdən zərərçəkmiş Şərqi Azərbaycanda 4 min yeni mənzil təhvil verilib

İran İslam Respublikası prezidentinin iştirakı ilə Şərqi Azərbaycan ostanında zəlzələdən zərərçəkənlərə 4 min yeni mənzil verilib
/Aran Agentliyi

İran İslam Respublikası prezidentinin iştirakı ilə Şərqi Azərbaycan ostanında zəlzələdən zərərçəkənlərə 4 min yeni  mənzil verilib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad bu gün Şərqi Azərbaycan ostanında zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirərək, Vərzəqan şəhristanının Mehtərli kəndində simvolik bir hərəkətdə yeni tikilmiş mənzillərdən birini yeni sahibinə təhvil verib.

Bundan öncə Ərəsbaran məntəqəsində zəlzələdən zərərçəkmişlərə 1500 yeni mənzil verilmişdi.

11 avqust 2012-ci il tarixində Şərqi Azərbaycan ostanında Vərzəqan, Əhər və Heris şəhristanlarında 6.2 bal gücündə zəlzələ baş vermişdi ki, rəsmi məlumatlara görə bu hadisədə 300-dən artıq adam həlak olmuş, 2000-dən çox adam isə yaralanmışdı.

  • Yazılıb
  • da (də) 2012 Nov 01