Tarix : 2012 Nov 01
Kod 33868

Ümmətin Alimləri və İslami Oyanış Beynəlxalq İclası üçün məqalə toplanışı

İslam dünyasındakı islami oyanış dalğası və formalaşmış dəyişikliklər xalis İslam dəyər və təlimlərindən baş qaldırmış etiqadi və siyasi hadisələrdən xəbər verir ki...
/Aran Agentliyi

Müqəddimə

İslam dünyasındakı islami oyanış dalğası və formalaşmış dəyişikliklər xalis İslam dəyər və təlimlərindən baş qaldırmış etiqadi və siyasi hadisələrdən xəbər verir ki, bu istəyi qalib bir göstərici kimi xalq arasında yaymış və genişləndirmişdir. Bu arada müsəlman alimlərinin islami oyanışın əsas rəhbər və hidayətçiləri, İslamın və inqilabın mahiyyətinin əsas qoruyucuları, siyasi və ictimai dəyişikliklərin izləyiciləri kimi bu dəyişiklikləri öz nəticəsinə çatdırmaqda, davamlı olmasını qorumaqda, dünya imperializminin ona nüfuzunun və zərbə vurmasının qarşısını almaqda böyük və əvəzedilməz rolu vardır.

Bu əsasla "İslami Oyanış İclası"nın katibliyi baş verən inqilabların öz hədəfinə çatmasında alimlərin rolunun izahı məqsədilə "Ümmətin Alimləri və İslami Oyanış" iclasını 2013-cü ilin yanvar ayında aşağıda qeyd edəcəyimiz mövzularda keçirmək istəyir. Ona görə də bütün alim, ziyalı, mütəfəkkir, tədqiqatçı və yazıçılardan dəvət olunur ki, öz elmi və tətbiqi məqalələrini verməklə bu iclasın daha da yüksək səviyyədə keçirilməsində bizə yardımçı olsunlar.

 

İclasın məqsədi

1.İslamın hədəf və dəyərlərinin İslam şəriəti və Quran əsasında həyata keçirilməsi və İslam prinsiplərinin dirçəldilməsi.

2.İslam ölkələrinin islami və milli kəramət və izzətinin yenidən dirçəldilməsi.

3.İslamın beynəlxalq qüdrətinin təşkili və din, ağıl, elm və əxlaqa söykənən İslam mədəniyyətinin formalaşdırılması.

4.Hərəkatlar və şəxslər arasında interaktiv fəza yaratmaq və hərəkatların təcrübə mübadiləsi.

5.İmperializm və küfr cəbhəsinin yeni siyasi quruluşun yaradılmasına dəxalət və təsiri ilə mübarizə.

6.Qərb demokratiyasının yerinə İslam demokratiyasını örnək vermək.

7.Zülm, ədalətsizlik, unilateralizm, dünya imperializmi və beynəlxalq sionizmlə mübarizə.

8.Hakim rejimlərin psixi və geniş təbliğatları qarşısında özünə inamı və milli nəfsə etimad ruhunun gücləndirmək.

 

Ümmətin Alimləri və İslami Oyanış İclası üçün nəzərdə tutulan mövzular:

1.İslami oyanışın nəzəri əsasları.

2.İslami oyanışda alimlərin rolu.

3.İslam dünyasında alimlər, fürsətlər və təhdidlər.

4.İslamın istədiyi hökumət quruluşu.

5.Gələcək dünya və İslam ümmətinin mövqei.

6.Peyğəmbəri-əkrəm (s) İslam ümmətinin mehvəri

.

Birinci mövzu: İslami oyanışın nəzəri əsasları

1.İslami oyanış hərəkatında müsəlman alimlərinin və mütəfəkkirlərinin nəzəri əsaslarının tanınmasının zəruriliyi və onun təsirlərinin araşdırılması.

2.İslam fiqhində zalım hakim əleyhinə qiyamın qanuni olmasının araşdırılması.

3.İslami oyanışın mahiyyəti, səbəbi və necəliyi və necə formalaşması.

Və digər.

 

İkinci mövzu: İslami oyanışda alimlərin rolu

1.İslami oyanış İslam alimləri və mütəfəkkirlərinin baxışında (Seyid Cəmaləddin Əsədabadi, Həsən Əlbina, Seyid Qütb, İqbal Lahuri, Məhəmməd Əbduh, Əbdülqadir Cəzairi, Seyid Məhəmmd Sənusi, Səid Norusi, Ayətullah Kaşani, İmam Musa Sədr, Məhəmməd Baqir Sədr, İmam Xomeyni, İzzəddin Qəssam, Seyid İsmayıl Bəlxi, Nəvvab Səfəvi, Ayətullah Xamenei və s.).

2.İslami oyanışın meydana gəlməsində və onun davamında İslam alimlərinin rolunun izahı.

3.İslami oyanışda müsəlman alimlərinin hazırkı vəzifələri.

4.İslam alimlərinin mübarizə üslublarının araşdırılması.

Və digər.

 

Üçüncü mövzu: İslam dünyasında alimlər, fürsətlər və təhdidlər

1.İslami oyanışın qarşısında duran problemlər və İslam alimlərinin bu problemlərdən qurtulmaqda rəhbərliyi.

2.Alim və ziyalıların fəal roluna mane olan zərər və təhlükələr (passivləşmək, siyasi hakimiyyətdən kənara çəkilmək və s.).

3.Hakim rejimin, dünya imperializminin, beynəlxalq sionizmin islami hərəkatları inhirafa çəkmək və çıxılmaz vəziyyətə salmaq üçün plan və siyasətlərini tanımaq

.

Dördüncü mövzu: İslamın istədiyi hökumət quruluşu

1.İslami oyanış və rəqib nəzəriyyələrin nəqdi (sekülarizm, liberalizm, imperializm, millətçilik və s.).

2.İslami oyanış və insan haqları qərbin, Quranın və İslamın baxışında.

3.İslami demokratiyanın yaranması və formalaşmasında İslam alimlərinin rolu.

Və digər.

 

Beşinci mövzu: Gələcək dünya və İslam ümmətinin mövqei

1.Vahid İslam ümmətinin təşkili və vəhdət yaratmaqda İslamın alim və ziyalılarının rolu.

2.İslam dünyasının hidayət və rəhbərlik etməkdə, islami oyanış hərəkatlarını inhiraflarının qarşısını almaqda müsəlman alimlərindən intizarı.

3.Din, ağıl, elm və əxlaqa söykənən İslam mədəniyyətinin dirçəldilməsi və formalaşdırılmasıdna alimlərin rolu.

Və digər.

 

Altıncı mövzu: Peyğəmbəri-əkrəm (s) İslam ümmətinin mehvəri

1.Peyğəmbəri-əkrəm (s) davranış və əxlaqda kamil insan və ən üstün peyğəmbər, İslam dünyasının alimlərinin örnəyi.

2.Peyğəmbəri-əkrəmin (s) fərdi və ictimai davranış və sünnəsinin açıqlanması.

3.Peyğəmbəri-əkrəmə (s) qarşı məhəbbət İslam məzhəbləri arasında vəhdət və həmrəyliyin mehvəri.

4.İlahi elçilərin müqəddəsliyi və beynəlxalq hüquq baxımından onlara hörmətsizliyin qadağan olması.

Və digər.

 

Məqalənin hazırlanmasının şərtləri

1.Məqalə ən azından 10 və ən çoxu 20 səhifə olmalıdır.

2.Məqalə elmi tərkibli olmalı və adı, abstraktı, açar sözləri, nəticəsi və həll yolu göstərilməlidir.

3.Şəxsi xüsusiyyətlərin dərc edərək (ad, soyad, yaş, təhsil, vəzifə və s.) məqalə ilə birlikdə göndərilməlidir.

4.Məqalə fars və ərəb əlifbası ilə olsa, Nazənin 14, latın əlifbası ilə olduqda, Times New Roman 12 fontundan istifadə edilməlidir.

5.Məqalə Word proqramında olmalıdır.

6.Seçilmiş məqalələr İclasa təhvil veriləcək və CD surətində iştirakçıların ixtiyarına qoyulacaq.

7.Tədqiqatçılar öz məqalələrini yuxarıdakı şərtlərə əməl etməklə fransız, ordu, türk, alman dillərində də göndərə bilərlər.

 

Ünvan və məqaləni göndərmək yolu

1.Məqalənin qəbulu yalnız elektron poçt yolu ilədir və ünvan belədir:

info@islamic-awakening.ir.

2.Məqaləni elektron poçt vasitəsilə göndərmədikdə onu CD və məqalənin printi ilə birlikdə "İslami Oyanış İclası"nın katibliyənə göndərin. Katibliyin ünvanı belədir: Tehran, Vəliəsr (əc) prospekti, Xorsənd küçəsi, mənzil nömrəsi 35.

Telefon: 021-26217597

İslam Ümmətinin Alimləri və İslami Oyanış Beynəlxalq İclasının katibliyi.

3.Məqaləni göndərməyin zamanı

Məqaləni göndərməyin son vaxtı 25 dekabr, 2012-ci ildir.

4.Təşviq

a) Seçilmiş əsər sahiblərini toplantıya "xüsusi dəvət olumuş" adı ilə iştirak etməsinə dəvət.

b) Seçilmiş əsər sahiblərini öz məqalələrini xüsisi komissiyalara və toplantıya təklif etmək üçün dəvət.

v) Seçilmiş əsərlərin kitab və nəşr şəklində çapı.

  • Yazılıb
  • da (də) 2012 Nov 01