Tarix : 2012 Nov 06
Kod 33981

Türkiyənin xəbər kanalı: İran dünyanın şaquli qalxan və enən ilk pilotsuz təyyarəsini istehsal edi

Türkiyənin ON TV kanalı bazar ertəsi günü yazdı: İran dünyanın şaquli qalxan və enən ilk pilotsuz təyyarəsini hazırladı
/Aran Agentliyi

Türkiyənin ON TV kanalı bazar ertəsi günü yazdı: İran dünyanın şaquli qalxan və enən ilk pilotsuz təyyarəsini hazırladı.

AranNews - Türkiyənin ON TV kanalı bazar ertəsi günü yazdı: İran dünyanın ilk şaquli uçan pilotsuz təyyarəsini hazırladı. Bu kanal öz internet saytında yazır: “Dünyanın şaquli qalxan və enən ilk pilotsuz təyyarəsi İran mühəndislərinin inkişaf etmiş texnalogiyadan istifadə etmələri ilə istehsal edildi.

Xəbər agentliyi artırıb: “Təyyarə heç bir uçuş-enmə zolağına ehtiyac olmadan səssiz şəkildə yerində qalxmaq xüsusiyyətinə malikdir və bu baxımdan dünyada misilsizdir.”

Xəbər İranın qabaqlar da hərbi və casusluq pilotsuz təyyarələr hazırlamasına işarə edərək yazır: “İran bundan əvvəl radardan yayına bilən pilotsuz təyyarə istehsal edib. Bu təyyarə üç saat havada qalmaq və 100 kiloqram yükü 100 kilometr məsafəyədək daşımaq xüsusiyyətinə malikdir. Bundan əlavə, İranın əlində uzaq məsafələri qət etmək xüsusiyyətinə malik pilotsuz təyyarələr var. Eyni zamanda bir müddət əvvəl İsrail hava məkanını 100 kilometr keçdikdən sonra aşkar edilərək vurulan “Hizbullah”a aid “Eyub” adlı pilotsuz təyyarənin də İran istehsalı olduğu açıqlanıb.

Lakin şaquli qalxan və enən pilotsuz təyyarənin hazırlanması dünyada ilk dəfədir”.

 

  • Yazılıb
  • da (də) 2012 Nov 06